manera.az
manera.az

Türkiyənin Şanlıurfa şəhərində rəqəmsal jurnalistika konfransı keçiriləcək

📅 15.12.2025 11:46

Türkiyənin Şanlıurfa şəhərində rəqəmsal jurnalistika konfransı keçiriləcək
Türkiyə İnternet Jurnalistləri Dərnəyinin (TİGAD) təşkilatçılığı ilə 18–21 dekabr tarixlərində Şanlıurfada Rəqəmsal Jurnalistika və Media Konfransı keçiriləcək.

Harran Universitetinin Ədəbiyyat Fakültəsində baş tutacaq tədbirə Türkiyənin müxtəlif bölgələrindən 120-dən artıq jurnalistin qatılması gözlənilir.

Konfransda Manera.az saytının baş redaktoru Dr. Şəhla Aslan Azərbaycanı təmsil edərək iştirak edəcək.

Rəqəmsal jurnalistika sahəsində baş verən yeniliklərin müzakirəsi, peşə etik prinsiplərinin dəyərləndirilməsi və media nümayəndələri arasında təcrübə mübadiləsinin təşkili məqsədi daşıyan konfrans media peşəkarlarını bir araya gətirən mühüm platforma olacaq. Tədbir TİGAD-ın Şanlıurfa üzrə nümayəndəsi, jurnalist Mehmet Yetimin təşkilatçılığı ilə reallaşacaq.

Konfrans çərçivəsində tanınmış və təcrübəli jurnalistlərin iştirakı ilə dərin məzmunlu panel iclasları və müzakirələr keçiriləcək. Ənənəvi media ilə rəqəmsal jurnalistikanın kəsişdiyi mövzular ətrafında aparılacaq oturumlar iştirakçılar üçün peşəkar baxımdan mühüm imkanlar yaradacaq.

Tədbirin proqramı yalnız elmi və peşəkar müzakirələrlə məhdudlaşmayacaq. İştirakçılar 12 min illik tarixi ilə bəşər sivilizasiyasının ən qədim yaşayış məkanlarından biri hesab olunan Şanlıurfanın zəngin tarixi və mədəni irsi ilə də yaxından tanış olacaqlar. Təşkil olunacaq mədəni ekskursiyalar vasitəsilə şəhərin tarixi dəyərlərinin milli media orqanları vasitəsilə geniş auditoriyalara təqdim olunması hədəflənir.

Qeyd edək ki, bu cür tədbirlər həm media nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə, həm də bölgənin turizm və mədəni potensialının tanıdılmasına mühüm töhfə verir.



Baxış sayı - 216 | Yüklənmə tarixi: 15.12.2025 11:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930