manera.az
manera.az

Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü görüb

📅 24.10.2025 14:56

Türk və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü görüb
Türkiyədə yeni işıq üzü görən “Hazardan Akdeniz’e” adlı antologiya Türk və Azərbaycan qadın yazarlarını bir araya gətirərək iki qardaş ölkənin ədəbi əlaqələrində yeni səhifə açıb.

MANERA.AZ xəbər verir ki, nəşrdə hər iki ölkədən tanınmış qadın müəlliflərin qələmə aldıqları hekayələr və şeirlər toplanıb.

Antologiyanın redaktorları Aysel Nəsirzadə (Azərbaycan) və Ayşe Ay (Türkiyə) bildiriblər ki, layihənin əsas məqsədi qadın yazarların səsini daha geniş auditoriyaya çatdırmaq və ədəbiyyat vasitəsilə mədəni körpüləri möhkəmləndirməkdir.

“Hazardan Akdeniz’e” qadın sözünün gücünü, yaradıcı enerjisini və iki xalqın ortaq mədəni dəyərlərini birləşdirən mühüm nəşr kimi dəyərləndirilir. Antologiya həm ədəbi mühitdə, həm də oxucular arasında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Hazardan Akdeniz’e” layihəsi Azərbaycanda fəaliyyət göstərən “Zərif Kölgələr” ədəbi saytı ilə Türkiyədə yayımlanan və Türk dünyasının səsinə çevrilməyi hədəfləyən “Güftə Edebiyat” dərgisinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.


Baxış sayı - 263 | Yüklənmə tarixi: 24.10.2025 14:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031