manera.az
manera.az

Prezidentdən Sərəncam: Fəxri adlara görə təqaüd artırıldı

📅 13.06.2025 13:11

Prezidentdən Sərəncam: Fəxri adlara görə təqaüd artırıldı
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü və fəxri ad alanların müavinət məbləği artırılıb.

MANERA.AZ xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanı ilə həmin fərdi təqaüdün məbləği 1700 (min yeddi yüz) manat müəyyən edilib.

Fəxri adlara görə aylıq təqaüdün məbləği isə Xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 300 (üç yüz) manat, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot və Əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat olacaq.

Fərman 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, “Xalq” fəxri adına görə müavinət 200 manat, “Əməkdar” fəxri adına görə isə 150 manat idi.


Baxış sayı - 311 | Yüklənmə tarixi: 13.06.2025 13:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031