manera.az
manera.az

Milli Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir

Milli Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir
Azərbaycan milli-mənəvi dəyərləri sistemində önəmli yeri olan milli mətbuatımızın bu il 150 yaşı tamam olur. Əlamətdar tarixin ümumxalq təntənəsi kimi qeyd edilməsi üçün hazırlıq tədbirlərinə start verilib.

MANERA.AZ xəbər verir ki, yubiley münasibətilə xatirə medalının təsis edilməsi də nəzərdə tutulub. Bu yenilik “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.

Qanun layihəsi yanvarın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. İlkin oxunuşda qəbul edilən sənəd parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı milli jurnalistikamın inkişafında xüsusi xidmətləri olan, media fəaliyyəti ilə sıx bağlı olan insanlara veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30