manera.az
manera.az

Azərbaycan xalq nağılları Türkiyədə çap olunub

📅 30.10.2024 11:50

Azərbaycan xalq nağılları Türkiyədə çap olunub

"Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarından olan nağıllarımız milli-mənəvi sərvətimizdir və onlar xalqımızın nə qədər qədim ənənələrə, zəngin dünyagörüşünə malik olduğunun göstəricisidir. Nağıllar uşaqların estetik zövqünün və dünyabaxışının formalaşmasında da əhəmiyyətli rol oynayır."

Bu günlərdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bir sıra xalq nağıllarımız türk dilinə uyğunlaşdırılaraq Ankarada “Azərbaycan masalları” adı altında çap olunub.

Manera.az xəbər verir ki, kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” və s. xalq nağılları yer alıb.

Kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllara çəkilmiş illüstrasiyaların müəllifi tanınmış uşaq rəssamı Nüşabə Küçükdür.

Qeyd edək ki, Azərbaycan xalq nağıllarının dünya dillərinə tərcüməsi, nəşri və təbliği məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri ilə davamlı iş aparılır.

MANERA.AZ


Baxış sayı - 727 | Yüklənmə tarixi: 30.10.2024 11:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031