manera.az
manera.az

Qarabağ Universitetinə rektor təyin edildi

📅 20.05.2024 14:32

Qarabağ Universitetinə rektor təyin edildi
Prezident İlham Əliyev Qarabağ Universitetinə rektor təyin edib.

MANERA.AZ xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.

Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub.

2012-ci ildə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri” mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2019-cu ildən Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsində çalışırdı.

Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb. Universitet 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Ali təhsil ocağında ilkin mərhələdə 1 200 tələbənin təhsil alması nəzərdə tutulur.


Baxış sayı - 787 | Yüklənmə tarixi: 20.05.2024 14:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031