manera.az
manera.az

Əlisəmid Kürün yeni kitabı işıq üzü gördü

📅 08.02.2024 11:50

Əlisəmid Kürün yeni kitabı işıq üzü gördü
Tanınmış şair Əlisəmid Kürün "Tənha kentavr" adlı yeni kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, şairin 70 illiyinə həsr olunan kitab Dövlət Tərcümə Mərkəzi tərəfindən çap olunub.

O, “Rəngli kölgələr”, “Kentavr”, “Çaylar məcrasından çıxanda”, “Sonuncu dua”, “Qan-tər içində” kitablarının müəllifi, Türkiyənin “Qızıl çələng” poeziya ödülü (Antalya, 1992), “Vektor” Elmi Mərkəzinin Poeziya mükafatı (2003), Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmətlərinə görə” ədəbiyyat ödülü (Ankara, 2014) laureatıdır.

Kitaba şairin şeirləri ilə yanaşı, Arif Məlikov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Elçin, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Nizami Cəfərov kimi tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun şəxisiyyəti və yaradıcılığı ilə bağlı söylədiyi fikirlər və həyatının müxtəlif dövrlərini əks etdirən fotoqalereya daxil edilib.


Baxış sayı - 370 | Yüklənmə tarixi: 08.02.2024 11:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031