manera.az
manera.az

Natəvanın şəxsi dəftərində nələr qeyd olunub? - Eksklüziv reportaj

📅 24.01.2024 16:56

Natəvanın şəxsi dəftərində nələr qeyd olunub? - Eksklüziv reportaj
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq yazılı abidələrinin toplandığı mərkəzlərdən biridir.

MANERA.AZ xəbər verir ki, AzTV nadir nüsxələr saxlanılan Əlyazmalar İnstitutunda olub.

Süjetdə Əlyazmalar İnstitutunda saxlanılan Səfəvi imperiyasının hökmdarı II Şah Abbasın fərmanı, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə Xurşidbanu Natəvanın “Gül dəftəri - təsvirli şeirlər albomu” adlı şəxsi dəftəri, Məşhur alim İbn Sinanın “Əl-qanun fit-tibb” adlı əsərinin əlyazması barədə məlumat verilib.

İnstitutun həm sərgi, həm də əlyazmaların saxlanması üçün xüsusi otaqları var.

İnstitutda ümumilikdə on iki min əlyazma saxlanılır. Burada əsərlərin əlyazmaları ilə yanaşı müxtəlif fərmanlar, məktublar və bir sıra tarixi sənədlər qorunur. Qorunan əsərlər sırasında ən zərif və ən incə əlyazma xan qızı Xurşidbanu Natəvanın “Gül dəftəri”dir. Dəftərdə xan qızının çəkdiyi rəsmlər və şeirləri var.

Ətraflı süjeti təqdim edirik:

Natəvanın əsrlərdir saxlanılan şəxsi dəftərində görün nələr qeyd olunub - EKSKLÜZİV REPORTAJ


Baxış sayı - 274 | Yüklənmə tarixi: 24.01.2024 16:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031