manera.az
manera.az

Dövlət mükafatlarına əsərlərin qəbulu elan edildi

📅 18.11.2023 18:48

Dövlət mükafatlarına əsərlərin qəbulu elan edildi
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024-cü il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib.

Komissiyadan MANERA.AZ-a verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2024-cü il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Əsərlər dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Dövlət Mükafatına təqdim olunur.

Dövlət Mükafatı bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Dövlət Mükafatı verilmir. Bir qurum tərəfindən Dövlət Mükafatına yalnız bir əsər təqdim edilə bilər.

Dövlət Mükafatları Komissiyasının ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Əlaqə telefonu: 492-22-65. E-mail: nk@nk.gov.az


Baxış sayı - 486 | Yüklənmə tarixi: 18.11.2023 18:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930