manera.az
manera.az

Ankarada Xalq yazıçısı Anarla görüş olub

Ankarada Xalq yazıçısı Anarla görüş olub

Noyabrın 6-da Ankara Sosial Elmlər Universitetinin Sezai Karakoç zalında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib. Görüşdə bir sıra görkəmli şəxsiyyətlərlə yanaşı, universitetin tələbələri də iştirak ediblər.

Universitetin rektoru, Türkiyə Yazarlar Birliyinin sədri, professor Musa Kazım Arıcan giriş nitqində bu dəvəti qəbul etdiyi üçün Anar müəllimə minnətdarlığını bildirib. Qeyd edib ki, Anar müəllim Türkiyədə yaxşı tanınır və onun əsərlərinin mütəmadi olaraq Türkiyə türkcəsinə tərcüməsi yerli oxucuları müəllifə daha da yaxınlaşdırıb. Xüsusən, türkiyəli gənclərin Anar müəllimi yaxşı tanıdığını vurğulayan rektor bunu yüksək qiymətləndirib.

Rektorun çıxışından sonra "Ədəbiyyat və sənətlə keçən 85 illik bir ömür" adlı videoçarx nümayiş olunub. Videoçarxda Xalq yazıçısının həyat və yaradıcılığı müxtəsər halda izləyicilərin nəzərinə çatdırılıb.

Ankara Sosial Elmlər Universitetinin Sosial və bəşəri elmlər fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin müəllimi, professor Bilal Çakıcı Anar müəllimin parlaq şəxsiyyəti barədə ətraflı çıxış edərək onu görməkdən qürur hissi duyduğunu dilə gətirib. Bu görüşün böyük tarixi gün olduğunu qeyd edən B.Çakıcı Anar müəllimin nəsri ilə yanaşı, qələmə aldığı poeziya nümunələrindən də bəhs edib və çıxışını müəllifin "XXI əsrin ilk nikbin şeiri" əsəri ilə yekunlaşdırıb.

Ankara Hacı Bayram Vəli Universitetinin Ədəbiyyat fakültəsinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölməsinin müəllimi, dosent Cemile Kınacı çıxışında Anarın əsərlərindəki bədii məziyyətlər, onun sosial-siyasi istiqamətdə fəaliyyəti, ictimai xadim kimi cəmiyyətdəki rolu barədə söhbət açıb. C.Kınacı Xalq yazıçısının Türkiyədə pedaqoji fəaliyyətinə də diqqət çəkib.

TÜRKSOY-un sədr müavini Sait Yusuf Türkiyə və Azərbaycan əlaqələrinin möhkəmlənməsində Xalq yazıçısı Anarın əvəzsiz rolunu vurğulayıb, onun türk dünyasının aydınlanmasına vəsilə olduğunu bildirib.

Türkiyə Yazıçılar Birliyinin təsisçisi və fəxri sədri Mehmet Doğan iki qardaş ölkə arasında körpü şəxsiyyət adlandırdığı Anarla müxtəlif illərdəki görüşləri və birgə həyata keçirdikləri tədbirləri xatırlayıb. Ədəbiyyatlarası əlaqələrin gücləndirilməsində Azərbaycan Yazıçılar Birliyinin mütərəqqi addımlarından bəhs edib.

Xalq yazıçısı Anar çıxışında tədbirin təşkilinə görə hər kəsə minnətdarlığını bildirib. Tarixi səhifələrə nəzər salan görkəmli yazıçı Türkiyə və Azərbaycanın dostluq bağlarından söhbət açıb. Xalq yazıçısı tarixi Zəfərimizdən bəhs edərək qardaş Türkiyənin əvəzsiz dəstəyini bir daha diqqətə çatdırıb. Anar müəllim qeyd edib ki, türk dünyası dövlətlərinin birliyinin qorunması yolunda daim əzmkarlıq göstərilməlidir.

Tədbirin sonunda Xalq yazıçısı Anara rəmzi hədiyyələr təqdim edilib və onunla xatirə fotoları çəkilib.

Nadir YALÇIN
525-ci qəzet
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031