manera.az
manera.az

Prezidentdən Rasim Balayevlə bağlı - Sərəncam

📅 07.08.2023 14:31

Prezidentdən Rasim Balayevlə bağlı - Sərəncam
Xalq artisti Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edilib.

MANERA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rasim Əhməd oğlu Balayev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Aktyor "Nəsimi", "Babək", "Dədə Qorqud" kimi məşhur filmlərdə canlandırdığı obrazları ilə sevilib. O, 1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti", 1998-ci ildə "Şöhrət" 2018-ci ildə "Şərəf" ordeni fəxri adları ilə təltif olunub.


Baxış sayı - 490 | Yüklənmə tarixi: 07.08.2023 14:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930