manera.az
manera.az

Bağça müdiri vəzifəsinə sənəd qəbulu elan olundu

📅 31.07.2023 07:07

Bağça müdiri vəzifəsinə sənəd qəbulu elan olundu
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

MANERA.AZ xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 31 iyul - 7 avqust tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 31 iyul saat 11:00-dan 7 avqust saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.


Baxış sayı - 809 | Yüklənmə tarixi: 31.07.2023 07:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930