manera.az
manera.az

Opera və Balet Teatrının direktoru işdən çıxarılıb

📅 03.04.2023 12:25

Opera və Balet Teatrının direktoru işdən çıxarılıb
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, əmək­dar incə­sə­nət xadimi Akif Məlikov işdən çıxarılıb.

MANERA.AZ xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

A.Məlikovla imzalanan müqavilənin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.

Qeyd edək ki, A.Məlikov 1950-ci ildə Bakı şəhərində anadan olub. O, 1987-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sərəncamçı direktoru, 1989-cu ildə isə direktor vəzifəsinə təyin edilib və bu günə kimi həmin vəzifəni icra edib.

Xatırladaq ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 müəyyən edilmişdir. Həmin müəssisələrin 65 yaşına çatmış işçisinin müəssisədə çalışma müddətinin uzadılması və ya əmək münasibətlərinə xitam verilməsi barədə qərar müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.


Baxış sayı - 447 | Yüklənmə tarixi: 03.04.2023 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31