manera.az
manera.az

Ədəbiyyat üzrə Nobel mükafatı açıqlanacaq

📅 29.09.2022 10:06

Ədəbiyyat üzrə Nobel mükafatı açıqlanacaq
Bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi fransız yazıçı Mişel Uelbek ola bilər.

APA “lithub”a istinadən xəbər verir ki, o, ən yüksək əmsalla bukmekerlərin rəyində birinci yerdədir.

İkinci yerdə isə hind əsilli ingilis yazıçısı Salman Rüşdi qərarlaşıb, digər yerləri Amerika yazıçısı Stiven Kinq və keniyalı Nquqi va Thionqo bölüşür.

Xatırladaq ki, bu il ədəbiyyat üzrə Nobel mükafatının qalibi oktyabrın 6-sı açıqlanacaq.

Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatının qalibi tanzaniyalı yazıçı Əbdülrəzzaq Qurna olub.


Baxış sayı - 478 | Yüklənmə tarixi: 29.09.2022 10:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031