manera.az
manera.az

Qonkur mükafatının qalibi açıqlandı

📅 01.12.2020 15:49

Qonkur mükafatının qalibi açıqlandı
Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Manera.az xəbər verir ki, bu, fransız yazıçı Erve Le Telye olub.

O, bu mükafata “Anomaliya” romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin “Druan” restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

63 yaşlı Le Telye riyaziyyatçı və keçmiş jurnalistdir. 1960-cı ildə Fransada şair Raymon Keno (Raymond Queneau) və yazıçı-alim Fransua Le Lionne (François Le Lyonne) tərəfindən qurulan “Ulipo” beynəlxalq ədəbiyyat qrupunun (Oulipo internatio) üzvüdür.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır. /apa.az/

Qonkur mükafatının qalibi açıqlandı


Baxış sayı - 618 | Yüklənmə tarixi: 01.12.2020 15:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031