Sabir Alim növbəti kitabını təqdim etdi

Bu gün Azərbaycan Yazıçılar Birliyinin "Natavan" klubunda şair Sabir Alimin "Qurumuş söyüdün kölgəsində" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Manera.az xəbər verir ki, tədbirdə şairin qələm dostları, kitab həvəskarları, media nümayəndələri, eləcə də müəllifin ailə üzvləri iştirak edib.
Tədbirin aparıcısı nəğməkar şair Vüqar Əhməd qonaqları salamlayaraq Sabir Alimin yaradıcılığından geniş söz açıb.
Sonra söz digər şairlərə verildi. Çıxış edənlərdən Qəşəm Nəcəfzadə, Başlayar Sadiq şairin şeirlərinə münasibət bildiriblər, nümunələr göstəriblər.
Qeyd edək ki, kitabda çağdaş poeziyamızın nümayəndələrindən biri olan Sabir Alimin üçüncü kitabında müxtəlif mövzularda yazılmış şeirləri toplanıb. Onların içərisində Vətən, yurd, el, torpaq, Qarabağ mövzusu ilə bağlı şeirlər xüsusi yer tutur.
Şəhla,
Manera.az


