manera.az
manera.az

Hacettepe Universitetinin rektoru: “İdarəçinin sözü ilə əməli bir olarsa, O Lider sayılır”

Hacettepe Universitetinin rektoru: “İdarəçinin sözü ilə əməli bir olarsa, O Lider sayılır”

Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit GÜRAN yazıcı-jurnalist Şəhla Aslanın “Rektorla Söhbət” rublikasının qonağı olub. Rektor jurnalistin suallarını cavablandırıb.

Sözü gedən söhbəti oxucularımıza təqdim edirik:


- Hörmətli rektor, ilk öncə müsahibə istəyimi qəbul etdiyiniz və söhbətimizə vaxt ayırdığınız üçün sizə təşəkkürümü bildirirəm. İcazənizlə söhbətimizə sual-cavab formatında davam edək.

- Buyurun, başlayaq...

- Hörmətli rektor, bildiyim qədər çoxşaxəli iş və təhsil həyatınız var. Əvvəlcə oxucularımız üçün özünüzlə bağlı qısa məlumat verməyinizi istərdim...

- Mən 1969-cu ildə Ankarada anadan olmuşam. Dörd uşaqlı ailənin sonuncu övladıyam. Anam evdar qadın, atam dövlət qulluqçusu idi. Ona görə də, mən təhsil həyatını məhdud imkanlarla keçirmiş insanam. Yalnız dövlət məktəblərində oxuyaraq təhsilimi davam etdirdim. Özəl məktəblərə getməyə maddi imkanım yox idi. Buna baxmayaraq, yaxşı təhsil aldığımı düşünürəm...

Bakalavr təhsilimi Ankara Universiteti Siyasi Elmlər Fakültəsinin Maliyyə ixtisasında aldım və 1991-ci ildə məzun oldum. Qazi Universitetində başladığım magistr təhsilimi 1995-ci ildə bitirdim. Magistraturada oxuyarkən Qazi Universitetində assistent işləyirdim. 1997-ci ildə Hacettepe Universitetində elmi işçi kimi işləməyə başladım. 2000-ci ildə doktorluq dissertasiyasını bitirdim; Müxtəlif universitetlərdə eyni sahədə təhsil almaq mənə fərqlilik və rəngarənglik verdi.


2005-ci ildə Hacettepe Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinə bağlı Maliyyə şöbəsində müdir müavini, sonra isə maliyyə nəzəriyyəsi kafedrasının müdiri seçildim; 2006-cı ildə dosent elmi adını aldıqdan sonra uzun müddət pedaqoji fəaliyyətlə məşğul oldum. 2011-ci ildə professor elmi dərəcəsinə yüksəldim.

2014-cü ildə YÖK (red.: Yüksək Öyrətim Qurumu) Müşahidə Şurasının üzvü təyin olundum və iki müddət bu vəzifədə qaldım. 2018-ci ilin sonuna qədər başqa müşaviri vəzifəsində davam etdim. Daha sonra YÖK Müşahidə Şurasının rəhbəri oldum. YÖK-dəki təcrübə mənim üçün çox dəyərli olub. Belə ki, təhsil müəssisələrindəki problemləri görmək və onların həlli yollarını öyrənmək imkanı yarandı.
Həmçinin xaricdə təhsil təcrübəm var; 2005-ci ildə ABŞ-ın Vaşinqton şəhərindəki Kato İnstitutunda qonaq tədqiqatçı oldum. Bu İnstitut liberal düşüncə mərkəzdir.

- Hörmətli rektor, bəhs etdiyiniz kimi, bir çox məsul vəzifələrdə çalışmısınız. Bütün bunların öhdəsindən necə gəldiz?

- Bizim bəzi Atalar sözləri var, mən onları özümə şüar götürmüşəm; “Çivi Çiviyi Söker”, “Acı Patlıcanı kırağı çalmaz”. Yəni nə qədər çox çalışsan, bir o qədər güclü hala gəlirsən və s. Ona görə də heç vaxt işdən, məsuliyyətdən çəkinmirəm. Mənə tapşırıq veriləndə “bacarmıram” deyib, geri çəkilmədim. Mənə tapşırıq veriləndə o yükün altına girdim və onu qaldırmağa çalışdım. Allaha şükür ki, indiyə qədər qaldıra bilmədiyim yük olmayıb.

- Bəs Hacettepe kimi nüfuzlu bir universitetin rektoru olmağın məsuliyyətindən danışsaz, nələr deyərdiniz?

Hacettepe Universitetinin rektoru: “İdarəçinin sözü ilə əməli bir olarsa, O Lider sayılır”
- Az öncə qeyd etdiyim kimi, altı il “YÖK”də işlədiyim müddətdə Hacettepe Universitetinin bəzi məsələlərdə arzuolunan səviyyədə olmadığını müşahidə etdim... Yeri gəlmişkən, qeyd edim, Hacettepe mənim ikinci evimdir, 1995-ci ildən aid olduğum yerdir. Bu quruma sadiqliyim var. Doktorluq və dosentlik elmimi də buradan almışam. Burada professor oldum. Burada müəllim oldum, mühazirələr oxudum; Tələbələrimi buradan məzun etdim. Eyni zamanda uşaqlarım da burada bağçaya, ibtidai məktəbə gedirdilər; Səhər evimizdən çıxıb uşaqlarımla bura – ikinci evimizə gəlirdik.

Axşam bu evdən çıxıb öz evimizə gedirdik. Bu mənada Hacettepe özümü aid hiss etdiyim, böyük məsuliyyət hiss etdiyim yerdir. Ona görə də mən bu universitet qarşısında çox yüksək məsuliyyət hissi keçirirəm. Düşünürəm ki, bu universitet daha yaxşı və daha dinc olmalıdır. YÖK-dəki vəzifəmlə əlaqədar mənimlə işləyən üzvlərin nəzarətçisi olduğum və bütün rektorların üzərindən sorğu-sual etmək səlahiyyətinə malik olduğum halda həmin yeri tərk edib bura gəldim. Hazırda, məsələn, Müşahidə Şurasının üzvləri sual verəndə mən onlara cavab verməliyəm. Beləliklə, mən iyerarxik olaraq onlardan aşağıdayam...

Hacettepe Universitetinin rektoru: “İdarəçinin sözü ilə əməli bir olarsa, O Lider sayılır”
- Dolayısıyla, bu dəfə başqaları tərəfindən fəaliyyətinizə nəzarət etməsi ilə razılaşdınız…

- Bu məsuliyyət hissi ilə bağlıdır. Əvvəla, dövlət qarşısında böyük məsuliyyət var; Bura dövlət qurumudur. Bu işdə dövlət qarşımızda böyük məsuliyyət qoyur; Bunun fərqində olmalısan. Dövlət bu qurumu müəyyən mənada mənə həvalə edib. Bu məsuliyyətin öhtəsindən gələ bilmək üçün hər şeyi qurban verməyə hazıram. Bu şəkildə, belə düşüncəylə hərəkət edirəm. Çalışıram ki, bu quruma, dövlətimə xırda ləkə gətirəcək heç bir işin içində olmayım və bunu eyni zamanda, bütün əməkdaşlarımıza müəyyən mənada hiss etdirirəm.

- Hocam, işçilərə də cavabdehsiniz. Deyilmi?

- Əlbəttə... Dövlət qurumu mənə etibar etdiyi kimi, bu qurumun işçilərini də mənə əmanət edir. Onların haqları və hüquqları mənim məsuliyyətimdir. Onların birisinə haqsızlıq edilməsi, birisinin zərər çəkməsi, birisinin haqqı olan bir şeyi almaması mənim məsuliyyətimdir.

- Hocam, universitetinizdə nə qədər işçi var?

- Bu qurumda on iki minə yaxın işçi çalışır. Onlardan dörd min beş yüz nəfəri elmi işçi, qalan altı min beş yüz, hətta yeddi min beş yüz inzibati heyətdir. Onların arasında tibb bacısından tutmuş tibb bacısına, qulluqçudan mühafizəçiyə, professordan elmi işçiyə qədər müxtəlif kateqoriyalarda işçilər var. O insanların haqlarını və hüquqlarını qorumaq mənim borcumdur.

- Hocam, üçüncü tərəf var: Tələbələr və valideynlər...

- Bəli. Biz hətta xəstələrimizi də üçüncü tərəfə əlavə edə bilərik. Onlar da əslində mənim məsuliyyətimdir. Aldıqları xidmətin ən yaxşı səviyyəyə çatdırılması və bu qurumun cavabdeh ola bilməsi də vacibdir... Bütün bu məsuliyyətlər çərçivəsində üzərimizə düşən vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq.

- Hörmətli rektor, sizcə Hacettepe Universitetinin fərqliliyi nədir?

- Hecettepe tibb sahəsində brenddir. Ancaq bu gün gəldiyimiz bir nöqtədə, bu sahəyə əlavə olaraq da, çox əhəmiyyətli uğur hekayələri olan bir universitetdir. Təhsil, dilçilik, kimya, qida və kompüter mühəndisliyi kimi bir çox sahədə ciddi uğurlar qazanmış bir universitetdir. Dünyada 9-a yaxın universiteti sıralayan təşkilatlar var. Bizim universitet reytinqlərdə önəmli yeri olan hərtərəfli bir universitetdir. Universitetimiz heç vaxt mədəniyyət və incəsənəti də diqqətdən kənarda qoymayıb; 16 Fakültə, 15 İnstitut, 4 Peşə məktəbi, 2 lisey, 1 Konservatoriya, 98 Araşdırma və Tətbiq Mərkəzi ilə elm, texnologiya və incəsənət sahələrində ictimai inkişafa və ümumbəşəri dəyərlərə töhfə verməyə davam edir.

Bundan əlavə, Türkiyədə 23 tədqiqat universiteti var. Hacettepe yüksək beynəlxalq göstəricilərə malik bu universitetlərdən biridir. Elmi işlərdə də böyük uğurları var. Bunlar universitetimizin tədqiqat tərəfinin də güclü olduğunu göstərir. Bütün bunlar həmişə keyfiyyət axtarışının, ixtisaslı professorların işə qəbuluna üstünlük verilməsinin və universitetə üstünlük verən yaxşı tələbələrin formalaşdırdığı rəqabətli strukturun işlədildiyi təyinat meyarlarına xüsusi yanaşmanın nəticəsidir. İnşallah, bundan sonra bu xətt daha da artacaq. Universitetimiz yarandığı gündən irəli sürdüyü bir fəlsəfəsi var: “Daha iləriyə, ən yaxşıya...”

- Hocam, başa düşürəm ki, siz öz vəzifənizi məmnuniyyətlə yerinə yetirirsiniz. Sizcə, idarəetmədə uğurlu nəticələr əldə etmək üçün işini və vəzifəni sevmək kifayətdirmi?

- Belə deyim; bəzən sevgi kifayət etmir. Əgər tapşırığa kifayət qədər hazır deyilsinizsə, o zaman işinizi sevsəniz də, yaşadığınız çətinliklər bu sevgini azalda bilər. Əgər bu vəzifələri layiqincə yerinə yetirə bilməyəcəyini və səndən daha bacarıqlı insanların olduğunu düşünürsənsə, bu qurumu həqiqətən sevirsənsə, bu quruma qarşı məsuliyyət hiss edirsənsə, o zaman buradan getməlisən. Buna görə hazırlıqlı olmaq çox vacibdir. Bu baxımdan mən YÖK-dən hazırlıqlı gəldim. Bəlkə professorluqdan gəlsəydim, təcrübəsizlik yaşaya bilərdim, səhvlər edə bilərdim...

- Hocam, siz iqtisadiyyat sahəsində mütəxəssissiniz… İqtisadiyyatın idarəedilməsi ilə təhsilin idarəetməsi arasındakı əlaqəni necə qiymətləndirirsiniz? İqtisadiyyat sahəsində yaxşı bilikləriniz olması təhsil qurumunun idarə edilməsində sizə necə kömək etdi?

- Bəli. Mənim sahəm dövlət iqtisadiyyatdır. Bizim tədqiqat sahəmiz dövlət resurslarından səmərəli istifadə məsələsini araşdırır. Dövlət tərəfindən toplanan vergi gəlirlərinin cəmiyyətə necə daha yaxşı xidmət göstərəcəyi, büdcədən necə daha səmərəli istifadə oluna biləcəyi, hansı alternativ vasitələrin ola biləcəyi suallarına cavab tapmaq üçün nələrə diqqət olunmasının vacibliyini araşdırır. Bura da dövlət büdcəsindən istifadə edən dövlət qurumudur. Qeyd etdiyim kimi, dövlət büdcəsinin səmərəli istifadə olunması məsələsi bizim sahəmizin mövzusudur…

Hacettepe Universitetinin rektoru: “İdarəçinin sözü ilə əməli bir olarsa, O Lider sayılır”
- Məncə, bu idarəçilikdə işinizi bir az da asanlaşdırmış olar...

- Əlbəttə ki... Mən bəzən universitet iclaslarımızda mühazirələrimizdə istifadə etdiyimiz anlayışlardan də istifadə edirəm. Məsələn, bu “parato-optimallaşma” və ya “parato-optimal səviyyə”yə çatmaq üçün nə etməliyik? və s. ifadələrdən istifadə edirəm. Bir haşiyə çıxım: Doktoranturada olduğum müddətdə universitetə yeni rektor gəldi və o dövrdə idarəetmə baxımından bəzi yeni modellər tətbiq olundu. Strateji planlaşdırma və ya strateji idarəetmə baxımından bir gündəm yaratdı. O vaxt mən asistat idim. Yəni, özümüzlə bağlı bir neçə meyar tələbi qoyulmuşdu... Universitetdə nə baş verir? – İndi bu sual hamımızı düşündürdü. Eyni zamanda o dövrdə Türkiyədə strateji idarəetmə yanaşması gündəmdə idi. Bu fəlsəfənin mahiyyəti bu idi: Bir çox biznes sahələrininin idarəedilməsində istifadə edilən bəzi strateji idarəetmə metodlarının dövlət qurumlarına uyğunlaşdırılması. Ümumi keyfiyyət, böhran, risk, performansın edarə edilməsi kimi anlayışların dövlət qurumlarının idarəsinə uyğunlaşdırılması və s. O zaman Hacettepe Universitetində rektorumuz strateji idarəçiliklə bağlı gündəm yaratdı. Mən də gördüm ki, burada özümə aid bir sahə var. Məsələn, mənim dosentlik təhsilim dövlət universitetlərində performansın idarə edilməsi ilə bağlı idi. Ona görə də o vaxtdan mən idarəetmə fəlsəfəsi və büdcə istifadəsində onun effektivliyini təmin edəcək yollar haqqında düşünməyə başladım.

Hacettepe Universitetinin rektoru: “İdarəçinin sözü ilə əməli bir olarsa, O Lider sayılır”

Təbii ki, siz iqtisadiyyatın idarə edilməsində idarəçi kimi mövzuya baxmırsınız, amma idarəetmə sahəsində anlayışları da yaxşı bilirsiniz. Bu cür anlayışların səmərəliliyi artırıb-artmadığına baxırsınız və s. Beləliklə, təcrübəmə əsasən deyə bilərəm ki, dövlət qurumlarının idarəedilməsi ilə bağlı çox önəmli düşüncələrim var.

- Hocam, idarəetmədə “Yönətici” və “Lider” anlayışları çox müzakirə edilən mövzudur. Necə düşünürsünüz, qurumun uğur qazanmasında yöneticinin rolu nədir? Və yöneticinin Lider ola bilməsi üçün hansı bacarıqlara sahib olması lazımdır?

- Məncə, yönətici (oxu: idarəçi) üçün ən vacib keyfiyyət etibarlılıqdır. Əgər yönətici, LİDER vəzifəsində olan şəxsin dediyi ilə etdiyi hərəkəti üst-üstə düşməyən şəxsdirsə, o qurumdakı işçilər ona etibar edib arxasınca getməz. Çalışanlarının qurum yönətisini lider kimi qəbul edib, “səbəbini, bu belə olmalıdırmı?” - sual vermədən qeyd-şərtsiz onun arxasınca getməyə davam etməsi üçün ilk növbədə ona güvənilməlidirlər. Bu güvən hissi sevgi və heyranlığa səbəb ola bilər. Amma güvənməsə, heç vaxt sevə, heyran ola, arxasınca gedə bilməz. Mövlananın bir sözü var; Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.

Digər tərəfdən, bir insana güvənsəniz və ondan pis bir şey gözləməsəniz, rahat olarsınız. Təbii ki, güvəndən başqa fəzilətlər də olmalıdır. Məsələn, rəhbər ədalətli olmalıdır, ləyaqətə dəyər verməlidir, rəhbər bilgili olmalıdır, yəni işindən xəbərdar olmalıdır, qanunvericiliyi bilməlidir. İdarəetmə təcrübəsi olmalıdır. O, üzərinə götürdüyü işin məsuliyyətini bilməlidir. Tərəddüdsüz olmamalıdır; Bir məsələ ilə bağlı qərar qəbul etdikdən sonra, ən azı, bunun nə üçün edilməli olduğunu yüksək səviyyəli idarəçilərə izah edə bilməlidir. Odur ki, idarəçisinizsə, ziddiyyətli qərarlar qəbul etməməlisiniz. Hər vəziyyətdə eyni qərar verdiyinizi görəndə insanlar sizə güvənəcək, sizi lider kimi qəbul edəcək, rahat olub arxanızca gedə biləcəklər.
Hacettepe Universitetinin rektoru: “İdarəçinin sözü ilə əməli bir olarsa, O Lider sayılır”

- Dəyərli hocam, söylədiklərinizdən belə görünür ki, siz uğurlu idarəçi – lidersiniz. Bəs, idarəçilikdə çox vacib olan lider-çalışan əlaqəsini işçilərinizlə necə təmin edirsiniz?

- Əvvəla qeyd etməliyəm ki, idarəçinin qurumun qayğısına qalmasını işçilərin görməsi çox vacibdir. Digər tərəfdən, səviyyəsindən asılı olmayaraq insanlarla səmimi ünsiyyət qurmalı, onlara dəyər verdiyini hiss etdirməlisən. Bu, qapıdakı mühafizəçi ola bilər, sizə çay gətirən işçiləriniz ola bilər, tələbələrlə iş şöbəsindəki işçi ola bilər və s. Sizinlə təmasda olanda insan olduğuna, qurumun əməkdaşı olduğuna görə ona hörmət etdiyinizi hiss etməlidir.

- Məsələn, necə hiss etdirməli?

- Gülər üz göstərmək, salam vermək, vəziyyətini soruşmaq və s. Burada əsas insanlıqdır. Onu qurumun hörmətli bir üzvü kimi gördüyünüzü hiss etmək. İkinci şey sahib çıxmaqdır. Quruma hər bir mövzuda sahib çıxıldığının görünməsi. Qurumuş çiçəklərdən köhnəlmiş kresloya, qırıq rəflərdən masanın üstündəki süfrəyə qədər hər şeyə diqqət yetirməyiniz və lazım gəldikdə işçilərinizə bu istiqamətdə tövsiyə verməniz vacibdir. Başqa bir məsələ də odur ki, hər kəsə etdiyi işlərə görə təşəkkür edilməlidir. Bunlar insanlar tərəfindən hiss olunur və görülür. Belə olan tədqirdə, işçilər sizə güvənir və həll yollarını tapa biləcəyinizi düşündükləri məsələlərdə sizdən dəstək istəyirlər. Bu dəfə işlərinə daha çox sahib çıxırlar.

- Hocam, bunlar davranış xarakterli şeylərdir... Bəs başqa nələr olmalıdır?

- Təbii ki, bundan başqa başqa şeylər də var; Bir qurumu quruma çevirmək üçün ciddi sistem qurulmalıdır; İnsanlardan asılı olamayaraq... Yəni, sən olmasan belə, işlər yaxşı getməlidir. Əgər güc itkisi olmadan işlər rəvan gedirsə, o qurumda yaxşı sistem qurulub demək. Təbii ki, bunun da şərtləri var... Biz də universitetimizdə bu şərtləri yerinə yetirməyə çalışırıq. Hazırda üzərində çalışdığımız bəzi nüanslar var. Bunları tam yerinə yetirdikdə daha güclü bir qurum olacağıq.

- Hörmətli rektorum, bəs səlahiyyət müddətinizin sonuna doğru daha nələr etmək istəyirsiniz? Planlarınız və layihələriniz nədir?

- Vəzifəyə başlamağımdan iki il keçir... Qarşıda bizi iki ilim daha var. İki illik müddətdə var olan sistemlərimizi inkişaf etdirmək naminə addımlarımızı daha da irəli atmağı hədəfləyirik. Bunun xaricində hesab edirəm ki, Hacettepe Universiteti mənim təsəvvür etdiyim nöqtə baxımından fiziki və texniki infrastrukturu və sosial imkanları baxımından daha da irəli getməlidir. Bu, tədqiqat universitetidir. Bu baxımdan hesab edirəm ki, Türkiyənin ən yaxşı universiteti olaraq bu qurumun sosial imkanları daha güclü və mükəmməl olmalıdır. Bu mənada bizim bir sıra layihələrimiz, investisiyalarımız var. Bəzilərinə start vermişik, bəzilərinə isə dövlətdən iqtisadi dəstək gözləyirik. Əgər qalan iki il müddətində heç olmasa bəzi layihələrimizə başlaya bilsək, hesab edirəm ki, görülən işlər kifayət olacaq.

- Hocam, Azərbaycanla bağlı hansısa layihəniz, müqavilələriniz varmı?

- Bəli. Hər zaman söylənilir; “Bir millət, iki dövlət” ifadəsi. Doğrudan da, mən Azərbaycandan kiminləsə danışanda özümü öz qardaşımla, öz qan qohumumla, eyni millətdən olan adamla danışıram kimi hiss edirəm. Çoxlu azərbaycanlı tanışım oldu; Hamısında türk xalqının hərarətini, səmimiyyətini, mərdliyini, dürüstlüyünü gördüm. Mənim üçün istər Türkiyə, istərsə də Azərbaycan - heç nə dəyişmir...

Hacettepe Universitetinin rektoru: “İdarəçinin sözü ilə əməli bir olarsa, O Lider sayılır”

- Bəs, təhsil baxımından vəziyyət necədir?

- Artıq Azərbaycanın bir çox universitetləri ilə ikitərəfli əməkdaşlıq müqavilələrimiz var; Pedaqoji Universitet, Memarlıq və İnşaat Universiteti, Tibb Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və s. Hacettepedə Azərbaycandan gələn xeyli sayda tələbəmiz var. Bundan əlavə, bizim xəstəxanaya ixtisas üçün gələnlər də var. Biz bu əlaqələri daha da gücləndirmək üçün çalışırıq. Bəlkə də gələcəkdə ikili diplom məsələsində də addımlar ata bilərik. Müəllimi dəyişi etmək də mümkündür.

- Universitetinizdə təhsil alan azərbaycanlı tələbələrin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Təbii ki, hamısı haqqında fikir söyləyə bilmərəm, amma müşahidəm belədir; Eyni ölkələr olsa da, kültür fərqlərimiz var. Başqa sözlə, qavrayışımız dəyişə bilir. Ola bilsin ki, bura gələn azərbaycanlı tələbələrə qəribə gələn məqamlar olur, onlar dərhal quruma inteqrasiya ola bilmirlər. Lakin zaman keçdikcə utancaqlıqlarını qıra bilirlər. Bununla bağlı çoxlu uğurlu nümunələr göstərmək olar. Məzunlarımız müxtəlif sahələrdə yüksək yerlərə gələ bilirlər; Ən əsası budur.

- Hörmətli rektor, suallarımı cavablandırdığınız üçün sizə təşəkkür edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

- Mən də təşəkkür edirəm!.. Uğurlar Sizə də.

Müsahibəni təqdim etdi:
Şəhla Aslan,
Yazıçı-jurnalist, Təhsil araşdırmalı üzrə doktorant






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930