manera.az
manera.az

Rumıniya ədəbiyyatı Azərbaycan dərgisində

📅 09.07.2022 08:04

Rumıniya ədəbiyyatı Azərbaycan dərgisində
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya ədəbiyyatı” dərgisinin yeni nömrəsi - bütövlükdə Rumıniya ədəbiyyatına həsr olunmuş xüsusi sayı işıq üzü görüb.

Dərginin baş redaktoru Seyfəddin Hüseynlinin verdiyi məlumatda bildirilir ki, nəşrin ümumən 20-ci, bu il üçün isə ilk olan yeni sayında Rumıniya ədəbiyyatının usta nümayəndələri hesab edilən 24 müəllifin əsərləri, həmçinin rumın ədəbiyyatına və Azərbaycan-Rumıniya ədəbi əlaqələrinin tarixinə dair məqalələr toplanıb.

S.Hüseynli deyib ki, Mihay Eminesku, Ejen İonesko, Ana Blandiana, Nikolae Labiş, Qabriela Melinesku, Marin Soresku, Dan Sociu, Nikita Stanesku, Ruksandra Novak, Nikita Danilov, Adi Kristi, Daniel Korbu, İoana Diakonesku, Matey Vişnek, Vasile Andru, Arnold Hauzer, Radu Kosaşu, Tibor Balint, Ştefan Benulesku, Ejen Urikaru, Hans Libhardt, Nevzat Yusif Sarıgöl, İsmayıl Ziyaəddin və Mircea Kartareskunun əsərləri dərginin oxucularına Vaqif Əlixanlı, Güllü Yoloğlu, Jalə İsmayıl, Səlim Babullaoğlu, Həmid Piriyev, Məqsəd Nur, Cavanşir Yusifli, Dürdanə İbrahimova-Hüseynbəyli və Qismət Rüstəmovun tərcüməsində təqdim olunub.

Baş redaktorun sözlərinə görə, rumın ədəbiyyatının Azərbaycanda təbliğinə mühüm töhfələr vermiş dəyərli alimlərimiz Güllü Yoloğlu və Jalə İsmayıl dərginin bu sayında maraqlı məqalələrlə də çıxış edirlər: “Mihay Eminesku: tarixin və ədəbiyyatın güzgüsündə”, “Rumın ədəbiyyatı XIX-XX yüzilliklərdə: faktlar və mülahizələr”, “Azərbaycan-Rumıniya ədəbi əlaqələrinə bir nəzər”.

Emil Camalovun dizayn verdiyi nəşrin üz qabığında Rumıniyanın məşhur tarixi-memarlıq abidəsi olan “Peleş qəsri”nin təsviri yer alıb.

Rumıniya ədəbiyyatı Azərbaycan dərgisində


Baxış sayı - 503 | Yüklənmə tarixi: 09.07.2022 08:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031