TÜRKSOY-un yeni baş katibi seçilib

Qırğız Respublikasının sabiq mədəniyyət naziri, xalq yazıçısı və teatr xadimi Sultan Raev TÜRKSOY-un yeni baş katibi seçilib.
MANERA.AZ xəbər verir ki, TÜRKSOY üzv ölkələri mədəniyyət nazirlərinin Bursa şəhərində fövqəladə iclasında iştirakçılar yekdilliklə S.Raevin namizədliyini dəstəkləyib. Onun sələfi Düsen Kaseinov həmin vəzifəni 14 il ərzində icra edib.
Qırğız Dövlət Universitetində 1979-1984-cü illərdə jurnalistika ixtisası üzrə ali təhsil alan Sultan Raevin böyük dövlət idarəetmə təcrübəsi var. Müxtəlif ali vəzifələrdə çalışan yeni Baş katib 2013-2014 Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri olub, 2020-ci ildən Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini vəzifəsində çalışıb.