manera.az
manera.az

15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj

15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj
Qurulduğu gündən bu yana bir çox təşkilatçılıq və istehsal layihələri həyata keçirən Türkiyənin məşhur “Yıldızlar” şirkəti uğurlu işləri ilə istər ölkə daxilində, istərsə də beynəlxalq platformalarda yer tapmağı bacarıb. Ən müasir və texniki avadanlıqları, 7/24 çalışan peşəkar komandası və təqdim etdiyi yüksək keyfiyyətli xidmətlərlə indiyədək bir çox nüfuzlu mükafatlara layiq görülüb.

Şirkət hazırda tamamilə öz istehsalı olan “Super Stage Truck Modul Turna” lahiyəsini təqdim edərək satışa çıxarıb.

“Super Stage Truck Module Turna” nədir? - Tədbirlər üçün yüksək səviyyəli texniki avadanlıq, ən müasir smart sistemlərlə təchiz olunub yük maşınına yerləşdirilmiş mobil səhnə.

Manera.az bildirir ki, şirkət tərəfindən smart sistemlər və ən müasir avadanlıqlarla təchiz edilmiş “Super Stage Truck Module Turna” istənilən hava şəraitində səhnəni sadəcə 2 texniki heyətlə 15 dəqiqəyə qurmaq imkanı verir.

15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj

"Super Stage Truck Module Turna" yeni sistem ilə sektorun bütün sahələrində keyfiyyətli xidmət etməyi göstərməyi təklif edir.

VİDEO REPORTAJ BURADA...

LED ekranları, yüksək texnologiyalı səs və işıq sistemlərini özündə birləşdirən yük maşını modulu mobil səhnə istənilən hava şəraitində quraşdırıla bilir. Bu sistem vasitəsiylə festivallar, konsertlər, mitinqlər, açıq səma altında kino tamaşaları, teatrlar və mərasimlər üçün səhnə qurmaq daha da asanlaşmış olur.

15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj

Digər tərəfdən, özündə səs izolyasiyasını təmin edən sabit mobil generatordan fasiləsiz enerji alan “Super Stage Truck Modul Turna”nın quraşdırılmasını yalnız 2 texniki personal yerinə yetirə bilir.
15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj "Yıldızlar" Tanıtım Təşkilatının baş direktoru Həsən Yıldız, Manera.az-a açıqlamada Türkiyənin son dövrlərdə ciddi texnoloji irəliləyişlərə imza atdığına diqqət çəkərək, “Yıldızlar” şirkətinin media və təşkilatçılıq sahəsində 30 illik təcrübə ilə sektorda olduqlarını söylədi. “Super Stage Truck Modul Turna”nın ağıllı sistemlərlə təchiz edilmiş mobil səhnə olduğunu bildirən H. Yıldız, şirkətin yeni layihəsini Ankarada keçirilən “Səmərəlilik və Texnologiya Sərgisi”ndə təqdim etdiklərini bildirdi.

15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj
4 mövsümə uyğun yük maşını modulu ilə 40-50 min nəfərlik tədbirlər təşkil edilə biləcəyini söyləyən H.Yıldız:"Təşkilat çox zəhmət tələb edən sahədir. Tədbirin hazırlanması bəzən 3 gün çəkir, 25 nəfər çalışır, lazım olanda 100 nəfər belə işləyir. Biz ən son texnoloji avadanlıqlardan istifadə edərək, bu təşkilatçılığı 15 dəqiqəyə sığdırdır. Bütün smart sistemlər, texnoloji avadanlıqları planşet və kompüterlə 2 texniki işçi ilə idarə edə bilərik”.

Külək və leysan yağış kimi hava hadisələri səbəbindən zaman zaman səhnələrin çökdüyünü, sistemlərin aşdığını ifadə edən H. Yıldız, sözü gedən sistemdə belə mənfi halların olmayacağını, mühəndislərin bütün halları nəzərə alaraq sistemi istehsal etdiklərini vurğuladı.
15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj
Çətin şərtlərdə belə istifadə edilə bilən texniki avadanlıqlara sahib olan sistem üçün əhəmiyyətli investisiyalar etdiklərinə diqqət çəkən H. Yıldız: "Biz öz məhsulumuzu dünya səviyyəli tədbirlərin keçirilməsi üçün istesal etdik. Böyük festivallarda onlarla insanın bir araya gələrək günlərlə işlədiyi sistemi 15 dəqiqəyə qədər sıxışdırdıq. Bunun bir xərci var, amma qısa zamanda xidmət üsulu ilə ona yarılan xərci ödəyə bilən və uzun illər istifadə edilə bilən bir sistemdir." –deyə əlavə etdi.

VİDEO REPORTAJ BURADA

H. Yıldız: "Bizim sahəmiz olan təşkilatçılıq və media sahəsində texnoloji avadanlıqlarımızla da hazırıq. Şirkətimizin istehsal etdiyi bu mobil səhnəyə dair dünyanın hər yerindən müsbət rəylər və ciddi tələblər alırıq. Reklam və tanıtım komandamız, satış direktorlarımız tələbləri qarşılamaq üçün hazırda ciddi danışıqlar aparırlar. Sistemi bütün dünyaya satmaq bir nömrəli hədəfimiz. Xüsusiylə, bu ciddi layihə çərçivəsində hazırlanmış mobil səhnənin ilk alıcısının Can Azərbaycanımızın olmasını çox istəyirik. Bütün əməkdaşlarımızla birlikdə bu sistemimizi Qarabağda təşkil olunan tədbirlərdə istifadəyə vermək arzusundayıq.”

Təqdim etdi:
Şəhla Aslan, Ankara


VİDEO REPORTAJ BURADA

15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj
15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj
15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - Reportaj
15 dəqiqə ərzində böyük səhnəyə çevrilən yük maşını - ReportajБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031