manera.az
manera.az

Dilim ölsə, mən də ölləm - Günün şeiri

📅 21.02.2022 09:39

Dilim ölsə, mən də ölləm - Günün şeiri
MANERA.AZ 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə şair Vaqif Kəhrizlinin “Ana dilim ölən deyil” şeirini təqdim edir.

Aylar ötür, il dəyişir,
Geden geri dönən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil.

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil.


Baxış sayı - 1 682 | Yüklənmə tarixi: 21.02.2022 09:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930