manera.az
manera.az

Məktəblərdə karantin müddəti azaldıldı

Məktəblərdə karantin müddəti azaldıldı
Nazirlər Kabinetinin qərarına əsasən təhsil müəssisələrində karantin müddəti 7 günə endirilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı hər bir dövlət qurumuna şamil edilir:

“Ölkədə karantin müddətinin 7 günə endirilməsi bütün dövlət qurumlarına aiddir. Nazirlər Kabinetinin qərarında göstərilib ki, ölkə üzrə karantin müddəti 7 günə endirilib. Bu qərar məktəblərə də şamil edilir”.

Xatırladaq ki, beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031