manera.az
manera.az

Bu ərazilərdə sərtləşdirilmiş karantin rejimi uzadıldı

📅 05.12.2020 17:30

Bu ərazilərdə sərtləşdirilmiş karantin rejimi uzadıldı
Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Nazirlər Kabinetindən Manera.az-a verilən məlumata görə, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət 7 dekabr saat 06:00-dək müəyyən edilmişdi.


Baxış sayı - 581 | Yüklənmə tarixi: 05.12.2020 17:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930