manera.az
manera.az

“Evdə tək”in yeni versiyası

“Evdə tək”in yeni versiyası
ABŞ-ın “20th Century Studios” kino şirkəti “Evdə tək” filminin yeni versiyasının treylerini yayımlayıb.

Manera.az xəbər verir ki, ekran işində baş rolu 12 yaşlı aktyor Arçi Yeyts canlandırıb. Filmin premyerasının 12 noyabrda keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Arçi “Coco dovşan” filmində oynadığı obrazla tanınıb.

“Evdə tək” filmi 1990-cı ildə ekranlara çıxıb. Makaley Kalkinin baş rolda çəkildiyi ekran əsəri ABŞ tarixində ən yüksək gəlirli Milad bayramı filmi olub. Film “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.

Bu uğurdan sonra “Evdə tək-2: Nyu-Yorkda itirilmiş”, “Evdə tək-3”, “Evdə tək-4” və “Evdə tək-5: Bayram soyğunu” filmləri çəkilib.

Yeni film “Evdə tək: ev, əziz ev” (“Howe Sweet Home Alone”) adlanır.


Baxış sayı - 851 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728