manera.az
manera.az

Kukla Teatrı şəhid övladlarına tamaşa göstərib

Kukla Teatrı şəhid övladlarına tamaşa göstərib
Bu il 90 illik yubileyi qeyd edilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti növbəti humanitar aksiyasını keçirib.

Teatrdan Manera.az-a verilən xəbərə görə, teatr Lənkəran şəhərinə səfər edərək, Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş növbəti düşərgədə tamaşa ilə çıxış edib.

Kuklaçılar “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi iştirakçıları üçün teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını göstəriblər.

Məşhur Azərbaycan xalq nağılı “Şəngülüm, Şüngülüm və Məngülüm” əsasında hazırlanan tamaşaya teatrın rejissoru Anar Məmmədovun quruluş verib. Mono kukla tamaşasının quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı «Şəngülüm, Şüngülüm və Məngülüm» mənzum nağılından seçilib.

Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar – çıxış edir.

Tamaşanın ifaçısı sevilən aktrisa Ülviyyə Əliyevadır. İstər tamaşa, istərsə də nümayişdən sonra keçirilən əyləncəli oyunlar uşaqların böyük sevincinə səbəb olub.

Qeyd edək ki, silsilə xeyriyyə aksiyalarını, sosial-mədəni layihələrini daim gündəmdə saxlayan, Vətən Müharibəsi dövründə, ondan sonra da ölkə miqyasında müxtəlif layihələrə qatılan Dövlət Kukla Teatrının kollektivi bunu özünün ən ümdə vəzifəsi və müqəddəs borcu hesab edir.

Kukla Teatrı şəhid övladlarına tamaşa göstərib
Kukla Teatrı şəhid övladlarına tamaşa göstəribБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728