manera.az
manera.az

Bakı Dövlət Sirki 75 illiyini qeyd edib

Bakı Dövlət Sirki 75 illiyini qeyd edib
Bu il 75 illiyini qeyd edən Bakı Dövlət Sirki yeni yaradılmış milli truppası ilə zabitlər bağında konsert proqramı ilə çıxış edib.

Manera.az xəbər verir ki, milli truppanın çıxışlarını Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib. Orkestrin repertuarında Azərbaycan və xarici musiqilərin sintezinə üstünlük verilib.

Milli truppanın ilk çıxışı 75 il bundan öncə nümayiş olunan “Azərbaycan toy”u tamaşasının yubileyinə həsr edilib.

Proqramda sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələrə yer verilib.

Ümumilikdə 30 dəqiqədən ibarət olan proqramda Bakı Dövlət Sirkinin 47 nəfər yaradıcı heyəti iştirak edib.

Proqramın sonunda sirk orkestrinin ifasında Azərbaycan cəngisinin cazla sintezi səsləndirilib.

Xatırladaq ki, yubileyi olan “Azərbaycan toy”u tamaşası 1946-cı il iyunun 12-də Üzeyir Hacıbəyovun təşəbbüsü ilə hazırlanıb. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi isə Süleyman Rüstəm olub.

Qeyd edək ki, Bakı Dövlət Sirki üçün 12 iyun növbəti tarixi hadisə ilə yadda qalacaq. Belə ki, mədəniyyət ocağı 4-cü dəfə milli truppasını formalaşdırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031