manera.az
manera.az

Gənc rəssam: "Bu sənətə gəlməyimin səbəbkarı odur" (Müsahibə)

Gənc rəssam: "Bu sənətə gəlməyimin səbəbkarı odur" (Müsahibə)

MANERA.AZ gənc rəssam Gülbəs Ayvazın müsahibəsini təqdim edir.


- Gülbəs, bütün yaradıcı insanların öz dünyası olur. Musiqiçi darıxanda musiqi dinləyir, yazır, ifa edir, şair-yazıçılar da o cümlədən yazır. Rəssamlar da təbii olaraq, yəqin ki, çəkir. Həm də, mənə elə gəlir, rəssam üçün daha rəngarəng nələrsə var. Ümumiyyətlə, rəssam olmaq nə deməkdir? Rəssam olmağın özəlliyi nədir?

- Açığı, mən özümü rəssam saymıram. Rəssam olmaq məsuliyyətli işdir. Mən hələ də axtarışdayam. Sırf yaradıcılıqla məşgul ola bilməməyin əzabı da var təbii ki. Özəlliyi sadəcə, çəkə bilməkdi, mənən rahatlamaqdır. Ən azından mənim üçün.

- Yazıçılar, şairlər yaza bilməyəndə daha da narahat olur, əzab çəkir. Onda belə çıxır ki, rəssamlar da çəkə bilməyəndə eyni hissləri yaşayır, yoxsa çəkə bilir istənilən halda? Çünki bütün hallarda sözü tapmamaq, yaza bilməmək olur. Amma şəkil elədir ki, görüb çəkirsən. Sözü görmək olmur...

- Mənə görə eyni haldır. Şəxsən məndə əhvalım yaxşı olmayanda heç cür alınmır, özümü buna məcbur da etsəm, olmur. Uğursuz alınır iş. Emosiyaya bağlıdır bu da. Düzdü, çəkdikcə aqressiyam gedir, bəzən işlədiyim işin ötürdüyü enerjidən də asılıdır.

- Onda deyə bilərik ki, sizin tükənmək əzabınız da çəkə bilməməkdir?

- Tükənmək deməyək, an məsələsidir. Həmin ana bağlıdır. Davamlı uzun çəkmir yəni. Amma hələ indiyədək tükəndiyimi hiss etməmişəm.

- Necə düşünürsən, səni başqa rəssamlardan fərqləndirən nə var? Əsərlərinə görə fərqlənirsən də. Əşyalar üzərində müxtəlif rəsmlər çəkirsən. Bunu sənin kimi bacaranlar var, özəlliyin budur, ya başqa nələrsə?

- Hər rəssam özünəməxsus olur. Ancaq mən özümü hələ tapdığımı düşünmürəm. Sırf yaradıcı işlərlə məşğul olsam, öz xəttimi tam tapacağımı düşünərəm. İndi çəkdiyim müxtəlif materiallar üzərində işləri, rəssamlıqdan anlayışı olan çoxu çəkə bilər. Butulka üzərində ilk dəfə mən portret çəkmişəm, ona görə də daha çox belə tanınmağa başlamışam. Zamanın nə gətirəcəyini isə bilmirəm. Amma fərqli əşyalarda çəkmək mənə maraqlı gəlir.

- Yazmaqla demək olar ki, bütün hissləri ifadə etmək olur, bəs çəkmək? Hər şeyi çəkib göstərmək olurmu?

- Tam olaraq bəlkə də olmur. Çünki şəkilə baxan hər insan fərqli nəsə görür. Rəssamın nə demək istədiyini isə az adam anlaya bilir. Keçən dəfə sosial şəbəkədə əl işimi qardaşım paylaşanda bunu bir daha görmüş oldum. Hərə öz gördüyünü yazırdı. Mənə də maraqlıdır onların gördükləri. Şəkildə nələrisə çatdıra bilmək gözəldir, amma bunu tam bacarmıram.

- Hərdən görürük e, dünyaca məşhur əsərlər olur, daha doğrusu, rəssamlar. Adicə bir şəkil olur, məsələn, rənglərin qarışığı, ya nəsə xətlər. Balaca uşaq əlinə fırça alsa, edə biləcəyi bir şeylərdir yəni. Amma onlar milyonlarla pula satılır. Səbəb nədi? Bəlkə bilmədiyimiz həqiqətən nəsə var? Başa düşə bilmirik?

- Məsələn, bizdə çox insanlar abstrakt, kubizm janrını sevmirlər, daha çox realist üslubda, hətta kopya sevirlər. Şəkilləri paylaşanda reaksiyalardan anlamaq olur. Ola bilsin, o məbləği verən insanı, həmin əsər xoşbəxt edir. Yəni, onu hər görəndə nə hiss keçirtdiyini, mənən rahatladığını o bilir.

- Amma hərdən o əsərlər mənasız olur, hə? 10-15 rəngi tabloya vururlar, olur milyon dollar..

- Rəsm tablosunun qarşısına keçən insan, bir şeylər anlatmaq yerinə, bir şeyləri hiss etdirə bilməyə məqsədlənib deyə belədir bəlkə. Həm də belə düşünmək olar ki, sənət əsərləri qaldıqca daha da dəyərli bir əşyaya çevrilir. Amma rəssamlar onu satmaq üçün nəzərdə tutmurlar. Ehtiyacdan satırlar. Fikir versən, dünyasını dəyişən rəssamlar sağlığında deyil, indi daha çox məşhurlaşıb, işləri hələ də satılır. Bəzi insanlar da sırf rəssamın işinə görə deyil, imzasına görə alır... Belə də olur yəni.
Gənc rəssam: "Bu sənətə gəlməyimin səbəbkarı odur" (Müsahibə)
- Rəssam olmasan, kim olardın, nə bacarardın?

- Mən çox işdə işləmişəm. Şirniyyat sexində belə. Hazırda resepşn işləyirəm. Ancaq qəribədir ki, hər dəfə işsiz qalanda rəssamlığım əlimdən tutub, yıxılmağa, büdrəməyə imkan verməyib. Deyəsən, bu da mənim taleyimdir, qaça bilmirəm. İndi psixoloji mərkəzdə işlədiyimdəndi, nədi, bilmirəm, psixologiya da mənə maraqlı gəlir. Bəlkə də, psixoloq ola bilərdim. Amma çətin, məsuliyyət tələb edən işdir. Odur ki, konkret olaraq başqa heç nə. Yaxşı ki, rəsm çəkə bilirəm. Yoxsa neynirəm bu əlləri.

- Adətən, yaradıcı adamlar azad olur. Hər mənada. Səndə necə, tabular varmı? Məsələn, kişiləri nude çəkə bilərsən? Yoxsa öz daxili sərhədlərin var?

- Biz akademiyada oxuyan zaman ikinci kursdan nude çəkirdik. Yəni, normal vəziyyətdir mənə görə. İnsanlar niyə bunu təəccüblə qarşılayır ki? Rəssamlıqda nude sənətinə xüsusi önəm verirlər. Dərsə girməsək, bizi kəsirdilər. Çünki insan bədəni rəsm texnikası cəhətdən rəsm edilməsi çətin və öyrədicidir. İnsan həm üz, həm də bədənsəl olaraq bir çox anlamı, gözəliyi özündə daşıyır. Təbiəti incələmiş rəssamlar tarix boyu çılpaq insan bədənlərinə yönəliblər. Nude təkcə çılpaqlıq deyil, insan bədənlərinin hərəkətliyini və sosial yaşantısını rəsm edərkən də rəssama böyük nailiyyətlər qazandırır. Bunu tənqid edənlər düşünməlidir ki, biz dünyaya gələndə də çılpaq formada gəlirik. Yaradılışa etiraz edirlər.

- Cəmiyyəti nəzərə alaraq deyirəm. Yəni, bir kişini lüt çəkmək sənin üçün problemdirmi? Çünki kifayət qədər buna qarşı olan gənc xanım rəssamlar da var...

-Yox. Mənim üçün problem deyil, amma tərzim də deyil. Çəkmirəm. Çəksəm, problem olmazdı.
Gənc rəssam: "Bu sənətə gəlməyimin səbəbkarı odur" (Müsahibə)
- Rəsmlərin alınmayanda nə edirsən? Yazarlar bəzən məhv edir, bəzən də xatirə üçün saxlayır. Amma rəsmlə yazmaq fərqlidir... Səndə də belə olur, cırıb atırsan?

- Yox. Əsla. Atmıram heç birini. Saxlayıram.

- Dünyaca məşhur rəssamlardan kumirin kimdi? Hansı rəssam kimi çəkmək istəyərdin?

- Van Qoqun rənglərini sevirəm. Kumirim isə yoxdu. Hərə özünə görə çəkib, öz tərzini yaratmalıdır. Amma bəzən rəssamlardan təsirlənmələr olur.

- Bəs, azərbaycanlı rəssamlardan? Var beləsi?

- Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Sakit Məmmədov, Vüqar Muradovun yaradıcılığını, rəng dünyalarını sevirəm.

- Əgər rəsm çəkmək sənin həyatının bir parçasıdırsa, bir gün səhər oyanıb əllərinin olmadığını görmək, çəkə bilməmək necə olardı?

- Frida Kahlo o cür əzab-əziyyətli həyatında yataq rejimində çəkə bilibsə, hər halda tam xəyal edə bilmirəm. Həmin ankı situasiyaya görə dəyişə bilər fikrim. Ayaq barmaqları ilə çəkən rəssamlar da var...

- Həmişə çəkmək istədiyim, amma heç vaxt çəkə bilmədiyin rəsm əsəri var? Hansı ki, çəkə bilərsən, amma ürək etmirsən nəyəsə görə.

- Atam... Məndə alınmır. Çəkirəm, amma bilirəm ki, o deyil. Onun ruhunu, xarakterini verə bilmirəm. Halbuki bu sənətə gəlməyimin səbəbkarı odur.

- Müsahibə üçün təşəkkürlər.

- Minnətdaram. Çox sağ olun.

Orxan Saffari
qaynarinfo.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930