manera.az
manera.az

“Ədəbi talelər” kitabı işıq üzü gördü

📅 02.12.2020 06:26

“Ədəbi talelər” kitabı işıq üzü gördü
Yazıçı Günel Natiqin "Ədəbi talelər” kitabı çapdan çıxıb.

Manera.az xəbər verir ki, kitab "Qanun” nəşriyyatında işıq üzü görüb.

“Ədəbi talelər” kitabı müəllifin oxucularla üçüncü gö­rü­şüdür.

Bu kitabda Günel Natiqin dünya yazarlarının hə­yatı və yaradıcılığı barədə araşdırma yazıları toplanıb.

Ya­poniyadan tutmuş Türkiyəyə, Rusiyadan tutmuş Avropa öl­kə­lərinə, Afrikadan tutmuş Amerikaya qədər uzanan bu araş­­dırmalar oxucuları həm də haqqında söhbət açdığı ya­zı­çıların yaşadığı dövrlərə, mühitlərə, şəhərlərə və kənd­lərə aparır.

Bu səyahət boyu yorulub bezmək mümkün de­yil, çünki Günel Natiqin şirin təhkiyəsi oxucunu yalnız bu­raxmır.


Baxış sayı - 695 | Yüklənmə tarixi: 02.12.2020 06:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930