manera.az
manera.az

Şəhid portretlərindən ibarət sərgi keçirilib - Fotolar

📅 21.11.2020 13:50

Şəhid portretlərindən ibarət sərgi keçirilib - Fotolar
Qarabağ müharibəsi veteranı, rəssam Şəmsəddin Böyükdüzlünün əsərlərindən ibarət rəsm sərgisi keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın Qarabağ müharibələrində şəhid olan hərbçilərin portret əsərləri təqdim edilib.

Sərgi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsüdür və Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunub. Sərgidə şəhid ailələri də iştirak edib.

Şəmsəddin Böyükdüzlü özü də 1990-1993-cü illərdə Ağdərə və Kəlbəcərdə döyüş yolu keçib. Bu səbəbdən, əsərlərinin də bir hissəsinin motivi də müharibə, vətənpərvərlik və mənzərə ilə bağlıdır.

Şəhid portretlərindən ibarət sərgi keçirilib - Fotolar
Şəhid portretlərindən ibarət sərgi keçirilib - Fotolar
Şəhid portretlərindən ibarət sərgi keçirilib - Fotolar


Baxış sayı - 816 | Yüklənmə tarixi: 21.11.2020 13:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930