Sağalma sayı artdı, yoluxma azalır - Son durum

Son sutka ərzində Azərbaycanda daha 471 yeni yoluxma qeydə alınıb, 549 nəfər koronavirusdan sağalıb, 7 nəfər isə vəfat edib.
Bu barədə Manera.az-a Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 26 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 17 805 nəfər müalicə olunaraq sağalıb, 341 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 490 nəfərdir.
Ötən müddət ərzində 610 min 523 test aparılıb.