manera.az
manera.az

Evdə müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlanıb

📅 10.07.2020 16:08

Evdə müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlanıb
Bakıda əhalinin sıx olması və yoluxanların sayının çox olması ilə əlaqədar təcili yardımın işini yüngülləşdirmək üçün poliklinikalar vasitəsi ilə ev şəraitində müalicəyə başlanıb”.

Manera.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, Bakıda 10202 nəfər ev şəraitində müalicə alır: “Onların içərisində simtomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələ ehtiyac yoxdur”.


Baxış sayı - 699 | Yüklənmə tarixi: 10.07.2020 16:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031