manera.az
manera.az

Beynəlxalq Poeziya Festivalı onlayn keçiriləcək

Beynəlxalq Poeziya Festivalı onlayn keçiriləcək
Dünyanın ən böyük poeziya bayramlarından olan Medelin Beynəlxalq Poeziya Festivalı bu il 1 avqust-10 oktyabr tarixləri arasında keçiriləcək.


Manera.az xəbər verir ki, COVİD-19 pandemiyası səbəbi ilə ilk dəfə virtual məkanda onlayn olaraq təşkil ediləcək festivalda 103 ölkədən 180 şairin iştirakı gözlənilir.

Şeir oxularının açılışı 1 avqust tarixində baş tutacaq.

Açılışda Azərbaycanı Ümumdünya Poeziya Hərəkatının (World Poetry Movement) Asiya üzrə koordinatoru, Xalq şairi Ramiz Rövşən təmsil edəcək. O, çıxış edərək öz şeirlərindən bir neçəsini poeziya sevərlər üçün oxuyacaq.

Ramiz Rövşənlə birlikdə açılış günündə 10 ölkəni təmsil edən 10 şairin çıxışı nəzərdə tutulub. Hindistandan K.Satxidanandan, Botsvanadan Tje Dema, Serbiyadan Çarls Simiç, Nigeriyadan Ayo Ayola Amale, Braziliyadan Klaudio Viller, Kolumbiyadan Romulo Bastos, Polşadan Adam Zaqajevski, İrlandiyadan Paul Maldun, Çindən Jidi Majia da şeirlərini öz dillərində təqdim edəcəklər.

Ramiz Rövşəndən başqa, Azərbaycanı festivalda Nigar Arif, Nigar Həsənzadə, Aqşin Əliyev təmsil edəcəklər. Nigar Arifin çıxışı sentyabrın 1-nə, Nigar Həsənzadə və Aqşin Əliyevin çıxışları isə sentyabrın 5-nə nəzərdə tutulub.

Qeyd edək ki, Medelin Beynəlxalq Poeziya Festivalı 1991-ci ildən Kolumbiyanın ən böyük ikinci şəhəri olan Medelində keçirilir. Festivalın təsisçisi tanınmış Kolumbiya şairi Fernando Rendondur. Hər il festivala dünyanın fərqli ölkələrindən yüzlərlə şair qatılır və şeirlərini öz ana dillərində oxuyurlar. Bu şeirlər paralel olaraq tərcüməçilər tərəfindən fərqli dillərə tərcümə olunur. Festival 2006-cı ildə alternativ Nobel mükafatı adlandırılan "The Right Livelihood" mükafatına layiq görülüb./525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31