manera.az
manera.az

“Baladadaşın toy hamamı” - premyeraya olacaq | MANERA.AZ

📅 21.10.2015 11:11

“Baladadaşın toy hamamı” - premyeraya olacaq | MANERA.AZ


Azərbaycan Dövlət Musiqili Teatrı daha bir premyeraya hazırlaşır.

Teatrdan MANERA.AZ-a bildirilib ki, hazırda məşq prosesində olan tamaşa Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı" komediyası əsasında hazırlanmış tamaşadır. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimova "Baladadaşın toy hamamı"nda teatrla kinonun sintezini bir araya gətirməyə çalışıb.

Qeyd edək ki, tamaşanın bəstəkarı Firudin Allahverdi, dirijoru Fəxrəddin Atayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Tamaşada əsas rolları Xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nahidə Orucova, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əmrah Dadaşov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov və başqaları ifa edəcəklər.


Baxış sayı - 1 486 | Yüklənmə tarixi: 21.10.2015 11:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031