manera.az
manera.az

Koronavirusla bağlı hekayə müsabəqəsinin qalibləri açıqlandı

📅 12.06.2020 08:10

Koronavirusla bağlı hekayə müsabəqəsinin qalibləri açıqlandı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə elan etdiyi “Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin qalibləri müəyyənləşib.

Manera.az xəbər verir ki, müsabiqəyə 417 hekayə təqdim olunmuşdur. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməmişdir.

Komissiyanın 5 üzvü tərəfindən müsabiqəyə qəbul olunan 388 hekayənin mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılmış və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlələrə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilmişdir.

Koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabəqəsi”nin komissiyasının fərdi qiymətləndirmə cədvəlinə əsasən alınmış ümumi nəticəyə və komissiyanın yekun qərarına müvafiq olaraq aşağıdakı hekayələr müsabiqənin qalibləri elan edilmişdir:

I YER

Natiq Məmmədli “Taclı mələklər”

II YER

Sevinc Elsevər “A quşlarım, getməyin...”

III YER

Cavi Dan “Ev”

Xüsusi mükafat üzrə

Reyhan Yusifqızı “Həkimin gündəliyi”

Əkbər Qoşalı “İradə, mən ölürəm...”


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz)III yer üzrə qalibinə 1000 (bir min), xüsusi mükafat üzrə qaliblərə 500 manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qısa zamanda qaliblərin mükafatlandırılması xüsusi karantin rejimi və sosial izolyasiya qaydlarına müvafiq olaraq təşkil ediləcək.


Baxış sayı - 793 | Yüklənmə tarixi: 12.06.2020 08:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031