“Sinif yoldaşları” nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan "Sinif yoldaşları” tamaşası mayın 16-da sənət ocağının "Facebook” səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.
Manera.az xəbər verir ki, tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.
Yeni yaradıcılıq işində teatrın məşhur və sevilən aktyorları – Xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, Əməkdar artistlər Sənubər İsgəndərli , Şəlalə Şahvələdqızı, Füzuli Hüseynov, Rövşən Kərimduxt, aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm Rüstəmov və Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev çıxış edirlər.