Yeni “ASAN xidmət” mərkəzləri açılacaq

“Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur”.
Manera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (“ASAN xidmət”) Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, Sumqayıt və Gəncədə də əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq.
“Eyni zamanda, Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisi planlaşdırılır”, - deyə Ü. Mehdiyev vurğulayıb./apa.az/