manera.az
manera.az

Barat Vüsaldan yeni şeirlər kitabı - Foto

Barat Vüsaldan yeni şeirlər kitabı - Foto
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın yeni kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, "Piyada atlı" adlanan kitabda şairin son illərdə yazdığı şeirlər toplanıb.

Kitabın redaktoru Saqif Qaratorpaq, nəşrə hazırlayanı Süleyman Mustafaoğludur.

Kitabın əvvəlində "Ön söz" əvəzinə şairin müsahibəsi verilib. "Məni düşündürən şairlik deyil", yaxud "Gizli vərəq"in o üzü..." adlanan müsahibədə Barat Vüsalın ədəbiyyat, poeziya, dünya, insanlıq, şeir yazmaq sənəti ilə bağlı fikirləri yer alıb.
Barat Vüsaldan yeni şeirlər kitabı - Foto
Həmsöhbəti Leyla Əliyevanın "Şeir yazmasanız, yaşaya bilərdinizmi?" sualına Barat Vüsal cavab verir: "Yox! Fransız yazıçısı Eksüperinin təbirilə desək, poeziyasız, məhəbbətsiz yaşamaq olmaz!" Müsahibənin davamında jurnalist həmsöhbətindən şair olduğu üçün öyündüyünü, yoxsa təəssüf etdiyini soruşur. Cavab maraqlıdır: "Öyünc hissim daha çoxdur. Qələmin qələbəsinə, taxta qılıncın qələbəsinə, gizli vərəqə Allah özünün və Peyğəmbərlərinin qələbə çalacağına inandığı qədər inanıram. Mövlanə demişkən, məni də daha düşündürən şairlik deyil, o, qələbədir. "Mən daha haqq aşiqiyəm!" deyən Mövlanə üçün şairlik sən demə, bior vasitəymiş..."

Kitabdakı şeirlər "Silsilə"lərlə toplanıb. Cəmi 11 silsilə var. İlk şeir "Aşiq ol", son şeir "Ürək gedən tərəflər" adlanır. Eyni zamanda, kitabdakı "Mən bir sözəm", "Nəsiminin türbəsi önündə", "Öpmüşəm", "Qıl körpü", "Qoruduğum uşaq", "Xarı bülbülün yanı", "Heykəl dağ", "Peyğəmbər yaşı", "Piyada atlı", "Sabahkı Azərbaycan", "Ağ adam", "Bir şeir de, ölməyəcəyəm", "Səməndər quşu", "Dəlilik kağızı", "Od oğlu" və sair şeirlər də diqqət çəkir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031