manera.az
manera.az

Depardye bu türk ölkəsi haqqında film çəkir

📅 06.11.2019 12:08

Depardye bu türk ölkəsi haqqında film çəkir
Tanınmış fransız aktyoru və rejissoru Jerar Depardye Özbəkistanın mədəni irsi və tarixi haqqında film çəkir.

Manera.az xəbər verir ki, “İpək Yolu” adlanan filmdə baş rolun ifaçısı da Jerar Depardyedir.

Çəkiliş qrupu artıq Səmərqənddəki tarixi abidələrdə çəkilişlər aparıb, film üçün zəngin material toplayıb. Fransa kinematoqrafçıları Buxara, Xivə və digər qədim şəhərlərdə də çəkilişlər aparacaqlar.

Filmin prodüseri Arno Frille jurnalistlərə deyib ki, Jerar Depardye 2009-cu ildə Özbəkistada olub və bu səfərdən sonra daim Özbəkistanla maraqlanıb. Onun marağı təkcə İpək yolu ilə məhdudlaşmır, həm də o, dinlərin tarixini öyrənir.

Prodüser bildirib ki, büdcəsi 300 min avro olan film turistlər üçün reklam rolunu oynayacaq və Özbəkistanın imicinə müsbət təsir göstərəcək.


Baxış sayı - 910 | Yüklənmə tarixi: 06.11.2019 12:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930