manera.az
manera.az

Dünya çempionu ilə görüş təşkil olunub

📅 17.10.2019 17:32

Dünya çempionu ilə görüş  təşkil olunub
12 oktyabr Hindistanın Mumbai şəhərində 14, 16 və 18 yaşlı şahmatçılar arasında keçirilən Dünya Çempionatında azərbaycanlı Aydın Süleymanlı birinciliyi əldə edib.

15 oktyabrda “Veysəloğlu” Şirkətlər Qrupunun ofisində çempion və onun atası ilə görüş təşkil edilib.

Görüşdə şirkətin Müşahidə Şurasının Sədri Aydın Talıbov və digər əməkdaşlar iştirak ediblər.

Aydın Talıbov Azərbaycana çempionluğu bəxş edən azyaşlı Aydın Süleymanlını təbrik edərək, ona xoş arzularını bildirib, uğurlar arzulayıb. Azərbaycan himnini yüksək arenalarda səsləndirdiyi üçün ona təşəkkürünü bildirib.

Görüş zamanı vurğulanıb ki, yüksək intellekt tələb edən şahmat idman növündə Azərbaycanın adının ön pillələrdə çəkilməsi hər birimiz üçün böyük fəxrdir. Aydın Süleymanlının bu uğuru bütün Azərbaycanın uğurudur.
Dünya çempionu ilə görüş  təşkil olunub
Müşahidə Şurasının sədri daha sonra Aydın Süleymanlıya təşəkkürnamə təqdim edib və gələcəkdə ona yeni zirvələri fəth etməyi arzulayıb.

Xatırladaq ki, ölkəmiz sözügedən Dünya Çempionatinda 9 şahmatçı ilə (5 qız, 4 oğlan) təmsil olunub. 14 yaşadək oğlanların kateqoriyasında təmsilçimiz Aydın Süleymanlı keçirdiyi 11 oyunda 9 xal toplayaraq, Dünya Çempionu adına yiyələnib.

Bu münasibətlə ölkə rəhbəri cənab İlham Əliyev və vitse prezident Mehriban Əliyeva şəxsən azyaşlı qrossmesterə təbrik ünvanlayıblar.


Baxış sayı - 880 | Yüklənmə tarixi: 17.10.2019 17:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031