manera.az
manera.az

Tanrının uşaq üzü - Müsabiqədə III yer tutan şeir

Tanrının uşaq üzü - Müsabiqədə III yer tutan şeir

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə münsiflərin səs çoxluğunu qazanaraq III yerin qalibi elan edilən Oğuz Ayvazın şeirini təqdim edirik:

Qeyd edək ki, Oğuz Ayvaz 1990-cı ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. Orta təhsilini 260 saylı məktəbdə alıb. Xəzər universitetinin tələbəsidir. Şeirləriylə ədəbi mətbu orqanlarda çıxış edir.


Tanrının uşaq üzü


payızda yağışla yuyunur saçların,
yayda günəşlə quruyur,
qışda ağarır...
çox dərdlisən bu aralar,
sənə yaraşmır, imicini dəyişdir.
uşaqlardan çılğınlıq götür,
anasının qucağına qaçmağını götür,
fəhlələrdən ümid götür,
evə bir tikə çörək aparan adamın
xoşbəxtliyini götür...

Tanrıdan çox şey istəmə
o da səninlə bərabər böyüyür,
o da acizdir,
o da dərdlidir,
sadəcə böyük olmağı
narahat edir onu...
uşaq görüntüsü ilə çıxır qarşımıza...
adamların arasında deyil, sığışa bilmir,
bir az Tanrıya yer elə yanında
gülməyi öyrən,
qaçmağı öyrən,
bayramlarda qanad çalıb göylərə
uçan uşaqlara qoşul...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930