manera.az
manera.az

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir

LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir
Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun dəvəti ilə Lənkəran Dövlət Universitetində olub. Qonaqla görüşən professor Natiq İbrahimov LDU-ya təşrif buyurduğuna görə professor Saadəttin Baloğluna minnətdarlıq bildirib.

Dostluq və səmimilik şəraitində keçən söhbət zamanı Türkiyənin Çukorova Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılması,müəllim-tələbə mübadiləsinin təşkili və s. barədə ətraflı fikir mübadiləsi edilib.Professor Saadəttin Baloğlu 50 illik təcrübəyə malik Çukorova Universitetinin əldə etdiyi təhsil uğurlarından geniş bəhs edib.Söhbət zamanı bu iki ali təhsil ocağı arasında aqrar yönümlü ixtisaslarda kadr hazırlığının inkişaf perspektivləri,təlimlə təcrübənin vəhdəti,universitetlərin özünümaliyyələşdirmə istiqamətində həyata keçirə biləcəyi layihələr geniş müzakirə edilib.
LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir
LDU-ya səfəri çərçivəsində professor Saadəttin Baloğlu universitetin tədris-təcrübə sahəsinə baş çəkib,yardımçı təsərrüfatda aparılan işlərlə tanış olub.Aqrar və mühəndislik fakültəsinin dekanı Balayar Şahbazov LDU-nun 2,5 hektarlıq yardımçı təsərrüfatında aparılan işlərdən danışıb,bu günlərdə 1 hektarda yeni çay plantasiyasının salınacağını bildirib.Hörmətli qonaq sitrus bitkilərin becərildiyi istixanaya baş çəkib,feyxoa sahəsini gəzib.
LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir
İki universitet arasında tanışlıq görüşü professor-müəllim heyətinin iştirakı ilə dəyirmi stol arxasında davam etdirilib.LDU-nun elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri,tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov LDU-nun beynəlxalq əlaqələrin genişləndirilməsində ,Türkiyə Cumhuriyyətinin aparıcı ali təhsil ocaqları ilə əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.Professor Saadəttin Baloğlu Çukorova Universiteti haqqında tanıtım çarxını təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
LDU Çukorova universiteti ilə əlaqələrini genişləndirir
LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov maraqlı görüşə və ikitərəfli əlaqələrin qurulmasında göstərdiyi dəstəyə görə rəhbərlik adından hörmətli qonağa minnətdarlıq bildirib.

Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930