manera.az
manera.az

“O olmasın, bu olsun” 60-cı dəfə nümayiş olunacaq

📅 22.05.2019 19:51

“O olmasın, bu olsun” 60-cı dəfə nümayiş olunacaq
Mayın 23-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası 60-ci dəfə nümayiş olunacaq.

Manera.az xəbər verir ki, tamaşa xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnəyə qoyulub.

Tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.

Rollarda əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar - Möylə Mirzəliyev, Nadir Xasıyev, Səmədzadə Xasıyev, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Elxan İsmayılov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elməddin Dadaşov, Fərid Rzayev, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

Tamaşa saat 19:00-da başlayır.

MANERA.AZ


Baxış sayı - 1 133 | Yüklənmə tarixi: 22.05.2019 19:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031