manera.az
manera.az

Aprel döyüşlərinin ilk romanı özbək dilində

📅 23.04.2019 21:27

Aprel döyüşlərinin ilk romanı özbək dilində
Tanınmış Azərbaycan yazıçısı, türkoloq alim Yunus Oğuzun Aprel döyüşlərinə həsr etdiyi “Ovçu” romanı Daşkənddə özbək dilinə tərcümə olunub.

Manera.az xəbər verir ki, kitabın Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Daşkənddə nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulur. “Ovçu” romanını özbək dilinə alim, tərcüməçi Gülbahar Aşurova çevirib.

Yazıçı romanda tarixə nəzər salıb, Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyinə səbəb olan, xalqımızın qəhrəmanlıq və zəfər tarixinin şanlı səhifələrindən olan Aprel döyüşlərini öz əsərində əks etdirib.

Bu tarixi roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olan bütün igid əsgərlərin əziz xatirəsinə bir elegiyadır. Qeyd edək ki, romanda Azərbaycanın dövlət başçısının obrazı xüsusi yer tutur.

Qeyd edək ki, “Ovçu” romanı qəhrəmanlığın təbliğində, zəfər tariximizin gənc nəslə təlqin edilməsində mühüm rol oynayır.

MANERA.AZ


Baxış sayı - 888 | Yüklənmə tarixi: 23.04.2019 21:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031