manera.az
manera.az

"Azərbaycan"ın 2018-də son sayı

📅 26.12.2018 16:09

"Azərbaycan"ın 2018-də son sayı
“Azərbaycan” jurnalı 2018 -ci ilin 12-ci nömrəsində oxucularına maraqlı rubrikalar və yaddaqalan mətnlər təqdim edir.

Manera.az xəbər verir ki, “Poeziya” rubrikasında Faiq Balabəyli, Nazim Əhmədli, Xatirə Fərəcli, Mehman Göytəpəli, Nizami Muradoğlu yeni şeirləri ilə çıxış edirlər.

“Nəsr” rubrikasının növbəti qonaqları “Qara işıq” romanı ilə Əyyub Qiyas, “Yanğın” hekayəsi ilə Kamil Əfsəroğludur.

Jurnal Ramiz Qusarçaylının 60 yaşını şairin retro şeirləri və Qəşəm Nəcəfzadənin yubilyara həsr etdiyi “Dünyada axır yox, Yalnız əvvəl var” yazısı ilə qeyd edir.

“Ədəbi söhbətlər” rubrikasında İntiqam Qasımzadə, Sayman Aruz və Yaqub Babayev “Sufizm. Dünən və bu gün”mövzusu ilə həmsöhbətdirlər.

Jurnalın “Uşaq ədəbiyyatı” ilə bağlı xüsusi buraxılışı da nömrənin maraqlı rubrikalarındandır.

“Ədəbi talelər”də Günel Natiq “Obrazlarına oxşayan böyük uşaq yazıçısı - Astrid Lindqren”dən söz açır.

Yeni tərcümələrdə özbək şairi Ötkür Rəhmətin şeirlərindən nümunələr verilir.

Ənənəvi “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Təyyar Salamoğlu - "Uçurum dərələr" hansı dərələrdir?” (sonu) yazısını,

Nailə Əskər “Folklorlaşan tariximiz” məqaləsində türk dünyasının Sərvər Dədəsini – Sərvər Özavcını təqdim edir. Fərrux Məmmədov “Böyük insan haqqında povest” başlıqlı yazısında Çingiz Aytmatovun “İlk müəllim” əsəri ilə bağlı düşüncələrini bölüşür.

Fərhad Mədətovun məqaləsində Vaqif Sultanlının "Səhra savaşı"ndan danışılır.

“Ədəbi kaleydoskop”u bu dəfə də Zümrüd Əhmədova hazırlayıb.

Kitab rəfi yeni nəşrlərdən seçmələri tanıdır.

2018-ci ildə "Azərbaycan" jurnalında dərc olunmuş materialların siyahısı, yenə də jurnalın illik biblioqrafiyası kimi yaxşı bələdçi ola biləcək.

MANERA.AZ


Baxış sayı - 1 042 | Yüklənmə tarixi: 26.12.2018 16:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031