manera.az
manera.az

Əzranın rəqsi | MANERA.AZ

Əzranın rəqsi  | MANERA.AZ
manera.az

Çarşablı
(hekayə)
II hissə


Əvvəli

Xisləti murdar ola-ola, möhürə iman gətirən dindarlara, lənət olsun !!!
Çarşablı

***
Axund İlğım İşartı qana boyanmış əlləriylə “Haramzadə” məscidinin həyətində yerlə sürünürdü. O, qanı axmasın deyə var gücü ilə sağ əlini bıçaq zərbəsindən yırtılmış yarasına dayamışdı. Çarşablı bıçağı onun bədəninə elə saplamışdı ki, ucu iti bıçaq birbaşa onun mədəsi ilə qara ciyərinin mərkəzi hissəsinə batmışdı. Al qırmızı insan qanının rənginə adətkar olan Çarşablının bıçağı Ölüm Naminə Seçilmiş Qurbanın bağırsaqlarını darmadağın eləmişdi. O, yerlə süründükcə torpağın üzərinə axan qan damcıları yavaş-yavaş qara ləkəyə çevrilirdi.

***
Yalvarıram kömək eləyin! - deyə axund İlğım İşartı eyni sözü durmadan təkrarlayırdı. Onun bədəni təpədən-dırnağa qədər qorxu içərisində idi. Boğazından parçalanmış orqanlarının qanı yerə axırdı. “Haramzadə”nin axundu yerlə sürünə-sürünə dəstəmaz alınan çeşməyə özünü çatdırmaq üçün can atırdı. Amma, onun nəfəsi getdikcə daralır, boğazındakı xırıltılı ritmlər də çoxalırdı. Çarşablının əliylə “Əcəl zəngi” axund İlğım İşratı üçün çalınırdı.

***
Nəhayət ki, Çarşablının qurbanı sol əlini çeşmənin ilk pilləkanına toxundura bildi. O, ilk cəhdində əlinin beş barmağı ilə pilləkana iz qoydu.

- Əclaf, gəbər! – deyə Çarşablı sağ əlindəki bıçağı sol əliylə birgə möhkəm sıxa-sıxa əllərini çəngəlsayağı kipləşdirərək başından yuxarıya qaldırdı, habelə daxilindəki nifrəti cilovlaya bilmədiyi üçün var gücü ilə bağırmağa başladı:
- Sənə ölüm haqdır. Sənin kimi insanlar ölməlidir, tezliklə, - deyib Çarşablı əlindəki bıçağı onun ağ ciyərinin orta nahiyəsinə sancdı.
***
Axund İlğım İşartı bu zərbə ilə canını tapşırmaqla məşğul idi. Çarşablının hirsi soyumamışdı. O, bir daha, yenidən, təkrarən onun ölümünü diləyirdi. Ölüm Naminə Seçilmiş Qurbanın əlləri sonuncu dəfə idi ki, çeşmənin pilləkanlarına toxunmuşdu.

***
Çarşablı istəmirdi ki, o tezliklə gəbərsin:

- Ölmə şərəfsiz, ölmə. Alçaq, binamus, gəbərmə. Hələ ki sənin bu dünyada cəzan bitməyib, ölməəə... - deyə Çarşablının hirsindən bütün bədəni əsirdi. Əllərindəki qara rəngli əlcəkdən belə onun əllərinin nifrət dolu hirsindən əsdiyi açıq-aydın biruzə verirdi:

- Murdar leş, iyrənc cəsəd, pis qoxu yayma bu dünyaya, ölmə, - deyib Çarşablı onun qulağına axırıncı sözlərini pıçıldayırdı:

- Gəbəəər, ööölll, Şiə köpəkoğlu. Şiələrin adını ləkələyən qeyrətsiz, - deyib Çarşablı bıçağını onun kürəyindən ova-ova geri çıxartdı. O, qəfildən bıçağıyla axund İlğım İşartının başını kəsdi. Kəsilmiş başın gövdədən ayrılaraq, yerə düşməsi imperiyaları süquta uğramış sərkərdələrin bir göz qırpımındakı çöküşünü xatırladırdı.

***
Çarşablı “Haramzadə” məscidinin həyətində axund İlğım İşartının cəsədini ayaqlarından sürüyərək apardığı bir vaxtda “Allah Evinin” qübbəsindən 15 il bundan əvvəl səs yazısı lentə alınmış azanın sədaları Azərbaycanın ən məşhur ilahiyyatçı-alimi Vassem Bəyazın dilindən səslənirdi. Havanın zülmət qaranlığında, həm də ki bu saatda səsləndirilən azan “Yatsı” namazının azanı idi.

***
Əzranın qisası alındı. O Əzra ki, “Haramzadə” məscidində təmizlik işlərindən cavabdeh idi. O, 2 həftə idi ki, axund İlğım İşartının icazəsi ilə burada xadiməçilik edirdi. Hər gün məscidin həyətini süpürür, sonra məscidin yaxınlığındakı artezian quyusundan su gətirərək “Allahın Müqəddəs Evi”nin həyətini sulayırdı. Şərqin cənnəti hesab olunan çəmənliyin əsrarəngiz görünüşünə xüsusi qulluq eləməyə çalışırdı. Həyətin künc-bucağında ot-alaq baş qaldıran kimi o, həmin ot-alağı peşəkar bağbanlar səviyyəsində qayçılayırdı. “Haramzadə” məscidində dindarların ibadət vaxtı olmayanda isə Əzra məscidin içərisini başdan-ayağa təmizləyirdi. Dini kitabları səliqəli halda bir kənara toplayırdı. Gün ərzində Əzranın işi sona çatan kimi “Haramzadə” məscidinin həyəti onun “Böyük Teatr Səhnə”sinə çevrilirdi. O, əsl bakirə qızlar kimi ayaq barmaqlarının baş ucunda təbiətin canına hücum eləyirdi. Özbaşına şıltaq rəqsi ilə ürəkdolusu sevincini kainatla bölüşürdü. Allah Əzranın naz-qəmzəsindən elə qürrələnirdi ki. Heç dünyaya elə bir usta yazıçı gəlməyib ki, həmin anda Onun nurla dolu obrazlı simasını cümlələriylə olduğu kimi yaza bilsin. Allahın özü yaratmışdı onu, çünki. Yazıçı bunu necə bacarsın, axı.

***

Elə axund İlğım İşartı da onun bu davranışlarına olan heyrətini gizlədə bilmirdi. İlğım İşartı dindar olsa da, o, etiraf eləyə bilmirdi ki, ürəyinin dərinliyində Əzraya qarşı dəyəri pulla və ya başqa qiymətli zinət əşyalarıyla ölçülüb-biçilməyən ölümsüz sevgi toxumları cücərib.

***
Əzranın həmişəki rəqslərindən biri nümayiş olunurdu. Bir gün Əzra yenə eyni buna oxşar rəqslərdən birini məsum təbiətin, laqeyd kainatın, ən əsas da Allahın hüzurunda nümayiş etdirərkən İlğım İşartı “Haramzadə” məscidindən kənarda onu gizlincə seyr edirmiş. Əzranın valehedici rəqsi onu elə heyrətə gətirib ki, İlğım bixitiyar olaraq yerə çöməlib qol dirsəklərini dizlərinə dayayaraq Əzranı kipriklərini qırpmadan izləməyə başlayıb.
***
Teatr səhnələrində gözəl qadınların tamaşaçısına çevrilmiş bütün kişilər həmişə məsumiyyət libaslı Kral təlxəklərinə bənzəyir. Belə kişilərin gözləri sanki yalan dolu baxışlarla ətrafa tüpürcəksayağı virus yayır. Hədəqəsində özünə yer tapmayan göz bəbəkləri özəyi ilə birlikdə insan bədənindən xilas olmaq üçün vargəl eləyir.
Qılığından qurtulmaq amalı ilə çabalayan qutsal orqan isə ağ rəngli dəyirmi halqanın mərkəzi hissəsindəki qara rəngli təbaşirlə xətlənmiş dövrənin tam uc nöqtəsində mutiliyin səbəbkarı seçilir. Kişilərin nəzərində beləliklə qurşunla vurulmağa qıyılmayan ilahə dünyaya gəlir. Əgər bütün kişilər hədəf taxtasında onu gülləyə hədəf seçsəydi, onda kişilərin daxili hissiyatı bədbəxtçiliklə xoşbəxtçiliyin orta hissəsində məhkumluğa düçar olardı. O zaman xoşbəxt kişi tapılardı mı, bu həyatda?! Əsla.

***
Kərbəla faciəsinin siyah lentli matəm günü yaxınlaşırdı,
Əhli-Beytin Əhli-Şiələri üçün. “Haramzadə” məscidində isə dindarların hər biri ayrılıqda Kərbəla faciəsinə məxsusi sevgi hisləri bəsləyirdi.

***
Məhz o gün Əzra “Haramzadə” məscidinin həyətində yenə adəti üzrə rəqs eləyirdi. Əzra öz dünyasına elə qapanmışdı ki, axund İlğım İşartının arxa tərəfindən asta addımlarla gəldiyinin belə fərqinə varmamışdı. Şıltaq qız bunu o zaman bildi ki, artıq İlğım İşartı sağ əlini onun sağ çiyninə toxundurmuşdu:

- Afərin, sən rəqs eləməyi də bacarırsan, deməli.

“Haramzadə”nin axundu gülümsəyərək, gözləri ilə Əzranın Qədim Çin ipəyi kimi sərraf qaşlarını nəzərindən keçirdi. Elə bil ki, bu qızın qaşlarını Qədim Şərqin anadan istedadlı doğulmuş nəqqaş ustaları ta dünya yaradılandan- ta ki onun dünyaya göz açdığı günədək gecəsini gündüzünə qataraq, incəbəincə usanmadan şəql 1 eləyib.

***
Əzra rəqsi ilə İlğım İşartıya yaxanladığı vaxt söz tapa bilməmişdi ki, onun sadə sualını cavablandıra bilsin. O, elə heç nə deməmiş üzü utanc hissindən pörtmüş halda birbaşa “Haramzadə” məscidinin yuxarı mərtəbəsində qadınların ibadəti üçün ayrılmış otağa qaçdı. Onu qınamaq olmazdı. Çünki Əzra tam səmimiyyəti ilə mənəvi əlbisəsini ilk dəfə idi ki, yad bir insanın, özü də ki, yad bir kişinin gözləri önündə soyunmuşdu. Utancaqlığından dodoğının yanpörtü hissəsini yanaqlarından gizlətməyə çalışaraq, üzünün hər iki tərəfini ağzı ilə dartışdırırdı.

***
Axı hansı yazıçı indiyədək hansısa qızın utancaqlıq ucbatından göz yaşına boğulduğunun şahidi olub? Nə Çarşablı, nə Nikolay, nə də ki, axund İlğım İşartının özü belə. Heç kim. Bakirəlik pətəyi ilə mükafatlanmış incə məxluqun nəcib gözəlliyindən xəbər verir, belə hallar, bəlkə də.
***
O gün nə Əzra İlğımın, nə də ki, İlğım Əzranın gözünə görsəndi. O boyda məscid haramla halalın südlük qoynunda döş giləsi əmirdi. Sabah isə həmişəki ədət olunmuş vəziyyət təkrarlanmadı, Əzranın timsalında. O gün baş verdi, hər şey. Günlərdən hər hansı bir gün idi, amma hər kəsin həyatında 365 və ya 366 günün mütləq bir günü insan ürəyinin dərinliyində bəzən xoş təssürat, bəzən də pis anlar qismində tarixçə yazır. Hər zaman bakirə qızların bakirəliyi ilə vidalaşdığı gün vardır. Kimi öz istəyi ilə, kimisi də istəmədən. Kimisi bilərəkdən, kimisi də bilməyərəkdən cinsiyyət dodaqlarını kişinin cinsiyyət orqanının qurşağından aşağı hissəsində alçaldır. Nə etsən də, nə etməsən də, nə vaxtsa müəyyən bir nüansın arzusu ilə yaşayır, insan. Damağında o dad qalır və dərk edir ki, o, bir daha belə mötəbər anla qarşılaşmayacaq.

***
Daban kirinə bənzər ləkələr ucbatından çeşmənin dörd bir tərəfi iyrənc vəziyyətə düşmüşdü. Əzra əlindəki əski parçasıyla çeşməni ağuşuna almış kirpası təmizləməyə çalışırdı, hərdən də əskinin çıxarmadığı kiri əliylə silib təmizləməyə cəhd eləyirdi.

***
Şıltaq qızın incə barmaqları sanki məşhur pianoçular kimi çeşmənin daşdan hörülmüş kiçicik sərdabəsində dövrə vururdu. Əlin ilk dörd barmağı; - öndə olan ən uzun barmaqları çeşmənin canına hopmuş kiri təmizləməyə çalışır, digər sonuncu barmağı isə sonda möhkəmcə həmin kir-pasa məhkum olmuş hissəni insan bədədinin fiziki gücü hesabına dərindən silməyə vargəl eləyirdi. Səmada günəş kianata işıq saçdığı məqamı gözləyir, ay parçası isə çoxdan gündüzün işığına yaxalanmadan masmavi buludların arasında gizlənmişdi. Bəzən insanlar günahlara günəşlə ayın biri-birini əvəzlədiyi vaxt qovuşur, bəzən də yazarlar gecə ilə gündüzün biri-birini əvəzlədiyi anda əsas keçid nöqtəsinə diqqətlə gözlərini zilləyir ki, bəlkə o an ilham pəriləri istedadın qucağında zehinlərə təşrif buyursun. Hər kəsin beyni var, amma hər kəsin zehni yoxdur. Zehin də sevgi kimidir. Sevgi də hər zaman eşqin qüdrətinə məğlub olur. Eynən yazar Nikolayın “Xanım N. üçün” qurub ərsəyə gətirdiyi cümlələr topluluğu kimi, eynən yad bir bəndəyə “əbədi bağlanış” kimi.

***
Axund İlğım İşartı gizlincə Əzranın arxasında dayanaraq, əlini yenicə dünyasını dəyişmiş ruhların ədəbiyyətə qovuşan səssizliyi kimi öncə sağ əlini asta-asta səmada bədəninin gövdəsi qədər yuxarıya qaldırdı. Və O, elə bil ki bu saat əlini onun yanbızlarına toxundurmağının xəyalını yaratdı. Şəhvət hissi və ərəb dünyasının bəlasına çevrilmiş ehtiras imtahanı, onun timsalında bir daha yer kürəsinə yayılaraq, insanların gözü önündə görk qismində təkrarlanırdı. Qısaca olaraq, bu o demək idi ki; mənim bəndələrim, bu, görk olsun sizə. Yaradan indiyədək hər şeyin şahidi oldu və Ulu Varlıq yenidən insanlar üçün yeni heç nə buyurmadı. Peyğəmbərlər belə artıq onun izni ilə dünyaya gəlmədi. Sonuncu dəfə Muhəmməd peyğəmbər hüznlü halda Allahın hüzuruna qəmlənmiş göz yaşlarıyla qonaq getdi. Əlvida həyat və əlvida insanlar, deyə-deyə.

***
Hər şey bu gün bitməlidir. Ya toxumlar cücərməli, ya da ağacların nazik budaqları sərt küləyin təsirindən qopub gövdəsinin alt hissəsinə düşməlidir. Ya hər şey xoşbəxtlik, ya da hər şey bədbəxtlik naminə səmlaradan yerlərə zühur etməlidir. Lənət ki, bütün bunları İlğım İşartı düşünürdü. Surətli və ard-arda. Nəhayət ki, İlğım bütün şeytani cəsarətini toplayıb sağ əliylə istəyini gerçəkləşdirdi. Əvvəlcə sağ əlini Əzranın simsiyah rəngli yubkasının altından xəbərsiz şəkildə keçirməyi bacardı. Daha sonra sol əlini Əzranın sol qolunun aşağı hissəsindən ötürməyi uğurla başa vurdu. O, qızın sivri döşlərindən və əlbisəsinin üzərindən gözəçarpan iri giləsindən birinə yaxınlaşdırdı. İlğım İşartı bir anlıq qucaqladı, onun sol döşünü, əlbəttə ki, sağ əli də ondan əvvəl öz işinə başlamışdı, Əzranın vücudunda. “Haramzadə” məscidinin həyətində bir anın içərisində baş vermiş küləyin uğultuları haqq dünyasının bu olanlara etirazı idimi, yoxsa sadəcə bu olanlar onların ürəyincə idi? İlğım İşartı burnunun iki dəliyindən havaya sovrulan nəfəsini dayanmadan xərcləyirdi, Əzranın isə bu vəziyyətdə bircə qullab nəfəsə belə ehtiyacı qalmamışdı. “Haramzadə” məscidinin axundu onu bərk-bərk qucaqlayaraq, məscidin arxa tərəfindəki birotaqlı mənzilə aparmaq üçün gücünü göstərirdi. O mənzil ki, hörümçək torunun ucbatından yararsız hala düşmüşdü.

- Yalvarıram, eləmə! – deyə Əzra boğuq səslə qışqırmağa çalışsa da, heç də dediyi cümlələr anlaşılmırdı. Qəfildən axund İlğım İşartı Əzranı qucağından yerə yıxdı, çünki öncə məcburi halda işlənəcək günahın qapıları bağlanmalı idi. O, əvvəlcə buna əməl elədi və birotaqlı mənzilin qapısını içəri tərəfdən kilidlədi. İnsanların nəfəsinə adət etməyən, bugünədək içi boş dörd divara adət etmiş mənzil indi bir kişinin qanunsuz əməllərinə və çarəsiz vəziyyətdə olan qızcığazın nakam taleyinə şahidlik eləyirdi.

***
Nə olar, eləmə!

Əzra hıçqıra-hıçqıra gözlərindən ona təcüvüzə harılaşan adama işarə vururdu. Axund İlğım İşartı heç nə demirdi, bircə cümlə belə olsa işlətmədi. Onun bədənini ehtiras hissi elə bürümüşdü ki, artıq abır-həya da unudulmuşdu. Bayırda sükt idi yoxsa topa halında birikləşib üsyana hazırlaşan qasırğa abu-havası var idi? Bilinmirdi, çünki hər şey birotaqlı mənzilin içərisində yadırğanmışdı.

***
O, Əzranın nazik tüldən tikilmiş donunu var gücü ilə yırtmağa başladı. Əvvəlcə onun yırtılmış dondan bayıra çıxmış bəmbəyaz rəngli döşləri təcavüzkarı daha da şəhvətləndirirdi:

- Hsss...

Əzranın döşlərini bayırda görmüş İlğım İşartının saralmış dişlərinin arasından fəzaya hopan sızıltı onun damaqlarında şərbət dadı verən tüpürcək topaları yaradırdı. Tüpürcək yastı dilinin vasitəsilə qırtlağına qədər süzülürdü. Təəssüf ki, birnəfəsə udqunmaq fərasəti bütün kişilərin yeganə əlacı hesab olunur.

***
Üzüyola dənizin qudurğan dalğaları dənizin dərinliyində kök salmış yosunları sanki sahildəki qumsalların üzünə çırpırdı. Üsyan eləməyə məcbur qalmış dalğalar qayaların bəndinə beşbarmaqsayağı iz qoymağa çalışırdı ki, bəlkə kobud əlləriylə gövdəsi yetərincə sərt olan “Haramzadə” məscidinin axundu İlğım İşartının qolları arasından Əzranın təcüvüzə məruz qalmış uzun saçının hər bir teli xilasa nail olsun. Acınaqlıcısı odur ki, Əzra əlacsızlıq ucbatından ayaqlarını belə tərpədə bilmirdi.
Qızcığazın göz bəbəkləri duzlu göz yaşına qərq olmuşdu.
Bunun fərqinə varmayan İlğım İşartı isə həmin vaxt Əzranın cinsiyyət dodaqlarını ləzzətlli şəkildə yalamaqla məşğul idi.

***
Niyə, qınayırsınız yazarı? Duzlu göz yaşları, məgər insan nurunu həbs edə bilməz? Bəyəm duzlu göz yaşı üzün hər iki sifətinə su arxı kimi axa bilməz? Sizcə, Xanım N. üçün şeirlər yazan Nikolay Çarşablıya səbəb gələcəyin ünlü yazarı ola bilməzmi? O ki, Nikolay üçün unudulmaz qadındır, daha doğrusu misilsiz xanımdır. Çarşablının belə bir xanımı olubmu? Bəlkə də... Amma hələ ki bunun nə zamanı, nə də ki yeridir. Sadəcə Nikolay Xanım N. üçün-ü ümidsiz halda gözləyən birisidir, o da belə bədbəxt yazarlardan biridir, təəssüf ki.O, nə eləyə bilər ki.

***
Günahların iyirmibirinci dəqiqəsi idi. Hər şey heç nəyin qurbanına çevrilmişdi. Eynən Nikolayın fəlsəfəsi kimi. Sonuncu dəqiqədə İlğım İşartı Əzranın bətninə spermasını boşaltmışdı. Bundan sonra nələr baş verəcəkdi, onu Allah belə bilmirdi, məncə. Əlbəttə ki, “Haramzadə” məscidinin axundu özünün daxili imanına, habelə şiəlik əqidəsinə xəyanət eləmişdi. Əsl şiə mənsubu belə hərəkətə yol verməzdi axı. Deməli indi susmağın və susquluğun əsl zamanıdır. Növbə düşünməkdədir. Ola bilər ki, axund İlğım İşartı iblis cildinə girmiş məxluqdur.

***
Artıq günah sona çatıb. Bunu İlğımın hazırda birotaqlı mənzildəki yoxluğundan açıq-aydın görmək olur. Daha daxili əzab da, mənəvi izdirab da yoxdur. Öldü, əcəlsiz, əslində öldürdülər. Əzranın qapının ağzında dizlərini yerə qoyaraq hönkürtü ilə ağlması bunun əsl sübutudur. Bu gün yenə hava qaralacaq, axşamçağı, daha sonra gecənin zülməti Əzranın nakam taleyinə qonaq gələcək. Bəs, onda o, nə cavab verəcək? Bircə cümlə ilə:

- Heç nə.

***
O gün yenidən “Haramzadə” məscidinin qübbəsindən səsləndirilmiş azan sədası Maşa rayonunun Zambara kəndini ağuşuna almışdı. Zambaranın dindarları məscidə axın eləyirdi. Təktük halda məscidə möhürsüz gələn dindara rast gəlmək olardı. Eləsi də var idi ki, cibində 4-5 möhür gəzdirirdi. Kütləvi namazdan sonra “Haramzadə”də ciddi müzakirələr ayaq açmışdı. Yayılmış söz-söhbətlərdən belə anlamaq olurdu ki, bu il Zamabara kəndində keçiriləcək dini yığıncağa İrandan “Bəsirəti açıq olan” Şeşbeş ağa qonaq gələcək. Sanki yayılmış xəbərin peşmançılıq hissini yaşayan dindarların dedikləri Zambaranın səyqulam sakini Dilavər Dilxəndanovun dilində zarafata çevrilmişdi:

- Ay millət, bu il Zambaraya bəsirəti deşik olan İki Sallanan Bir Tullanan qağa qonaq gələcək!

Dilavər kəndin mərkəzi hissəsində əlləriylə əhalini haraylayırdı.
- Səy oğlu, səy. Bəsdir də. Bəsdir də bizə lağ elədin. Sənin ölümün gəlib deyəsən.

Elə bir ağızdan şiə dindarlar onu sərt şəkildə qınayırdı.

Dilavər Dilxəndanov isə belə hədələri eşidən kimi o saat bədahən şeir deməyə başlayırdı:

o imperiyadır, o ölkədir
yer üzündə İslamı qoruyan...
əski Osmanlıdır, Türkiyə Cümhuriyyətidir
islamiyyətin bətnində doğulan
... beşiyində böyüyən...
nə böyük bəlakı
çürük çərəz qabığı qalıb bizə
...İrandan...
***

Ardı var...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031