manera.az
manera.az

Şairə ad günü hədiyyəsi

📅 30.12.2017 12:30

Şairə ad günü hədiyyəsi


Sabir Abdin

Gedək
(Dostum Əbülfət
Mədətoğlunun 59 yaşına)

Yağış olub yağıb gedək,
Çaya dönüb axıb gedək,
O dağlara baxıb gedək,
Gəl qoşulub Tuğa gedək.
Ürəyimiz əlimizdə,
Xatirələr dilimizdə,
Şələmiz də belimizdə,
Gəl qoşulub Tuğa gedək.

Kağız götür, qələm götür,
Bayraq götür, ələm götür,
Ümidini bələ, götür
Gəl qoşulub Tuğa gedək.

Küləklərə gəl qoşulaq,
Uçaq, uçaq gəl quş olaq,
Yerə düşüb uşaq olaq,
Gəl qoşulub Tuğa gedək.

Gəl obaşdan çıxıb gedək,
Gözümüzü sıxıb gedək,
Nəyin varsa, yığıb gedək,
Gəl qoşulub Tuğa gedək.

Yanmış kəndin oyanacaq,
İşığına boyanacaq,
Səni görüb kül yanacaq,
Gəl qoşulub Tuğa gedək.

Süfrə açıb, çörək kəsək,
Qoy dil açsın o daş, kəsək
Gecikirik, biz tələsək
Gəl qoşulub Tuğa gedək.

10 dekabr, 2017


Baxış sayı - 1 465 | Yüklənmə tarixi: 30.12.2017 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031