manera.az
manera.az

Məktəbə get, dərs oxu! - Uşaq şeirləri

📅 01.06.2017 11:32

Məktəbə get, dərs oxu! - Uşaq şeirləri

Uşaq yaradıcılığı

Mış-Mış-Mış

Ala-bula, ana-bala,
Biri yekə, biri bala,
Hər başda iki oxlov,
Hər boyunda zıngırov,
Örüşdən qayıdırmış.
Mış-mış, mış-mış!
***

Göydə topa ulduzlar,
Par-par, par-par!
Yerdə sarı zınqırov,
Zinq-zinq, zinq-zinq!
Göydə bir sarışın Ay,
Ay-ay, ay-ay!
Yerdə dörd dənə oxlov,
Say-say, say-say!
***
Önə çıxa gölməçə,
Kim çimə, kim su isə?
Gölməçədə var ləkə,
Nə balaca, nə yəkə!
Bir, başda iki oxlov,
Boynunda da zınqırov.
Oy-oy, oy-oy!
Mış-mış, mış-mış!
***
Ana varmış,
Bala varmış.
Ana yatmış,
Bəs kim hələ yatmamış?
Mış-mış, mış-mış...

Aşpazlar

Biş-düş...zor iş,
Bacaran sevilər.
Şüyüd..keşniş,
Kök! Bir də gör nələr!...
Soğanı soymaq var,
Gözünü ovmaq var!..
Sonra..sonra..
Qazanı eşmək var,
İstidən bişmək var...
Sonra..sonra..
Çox yeyib şişmək var!...

Dadlı xörək
Hər bir kəsə gərək.
Kömək..kömək..
Et! Tezcə bişirək!..
Xörəyi asmaq var,
Sonra..sonra..
Boşqaba çəkmək var,
Masaya düzmək var,
Az paydan küsmək var.
Sonra..sonra..
Hort-horta gülmək var!..

Buzovun anası


Toppuş Tontoş gəzirdi boş.
Ana toyuq baxdı soyuq:
Salsan havar, bağda Mö var!

Yeddi cücə dingildədi:
Bağda Mö var!
Bağda Mö var!

Ana toyuq qaqqıldadı:
Qaq-qaq!
Gedək Mönu tanıyaq!
Toppuş Tontoş zingildədi:

Hav-hav!
Gedək Mönü tanıyaq!
Yeddi cücə cəkkildədi:

Cik-cik!
Gedək Mönü tanıyaq!

Bağdaki Mö möyüldədi:
Mö-ö-ö..
Buzovum var, ətim var!
Mö-ö-ö..
Bulamam var, südüm var!
Mö-ö-ö..
Adım nədir, uşaqlar?

"Oyan, oğlum!"

Abdulla Şaiq

Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu.
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.


Baxış sayı - 31 345 | Yüklənmə tarixi: 01.06.2017 11:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031