manera.az
manera.az

Ora mənim xəyallarımın evidir- Oktay Hacımusalının tərcüməsi/ MANERA.AZ

Ora mənim xəyallarımın evidir- Oktay Hacımusalının tərcüməsi/ MANERA.AZ


Manera.az Lyubov Arbaçakovanın şeirlərini təqdimedir:

Mən dağlarda gəzməyə öyrəşməmişəm
***
Dağların zirvəsinə çıxdı:
Və atam oturdu
Taxt – tac lazım deyildi ona…
***
Ana Vətəni Aala doğru
Ayaqyalın qaçmağa başladı.
Ayaqlarında titrəyirdi bütün ruhu…
***
Tayı – bərabəri olmayan Şorlar diyarı,
Cənnətdən bir guşə.
Bu rəngli dağların ruhları
Bəzən
Ziyarət edir məni
Yuxularımda…
***
Qonaq getdiyim evin kəlləsində
Qədim bir küp qoyulmuşdu
O küplər məni sonradan izlədi,
Dalımca evə kimi gəldi…
Indi onu xatirə kimi saxlayıram!
***
Şorlar yurduna
Bahar gələndə
Dağlarda ağaclar çiçəklədi,
ətrafa ağappaq xoş ətir yayıldı!
Və burda atalarım yurd saldılar!
Mən dağlarda gəzməyə öyrəşməmişəm,
Dağ giləmeyvələri də mənlik deyil.
Indi
Mən –
Evin eni ilə uzunundan başqa heç nə görməyən qız
Çiçəklər arasında gəzişirəm…
***
Gözəldir!
Gəl gedək,
Nə olar yorulmuşuq,
Eybi yox, fikir vermə!
Ora mənim xəyallarımın evidir,
Gedək əbədilik orda qalmağa...
***
Böyük şəhərdə
Insanlar axına qoşulub axır.
Onların arasında
Meşədə imiş kimi
Azad bir şəkildə gəzişmək çətindir.
Ona görə də mən Tək Aalımı geri istəyirəm,
Harda olduğunu da bilirəm…
***
Şolban - mənim ulduzumun adı,
Məni Torpaqdan o, yaratdı.
O, eşq ulduzu idi,
Amma mən onu sevə bilmədim…
***
Şaman qəzəbli hərəkətləri ilə
Ruhumu ələ almağa çalışır.
Və evimin qarşı pəncərəsinə
əksi vurur
Umay Ananın kədərli üzünün .
***
Xan havada qartal şəkli çəkib əli ilə
Ovunu axtarmağa başladı sonra…
Mənsə ən təmiz düşüncələrlə
Tamaşa edirdim ona göylərdən

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031