manera.az
manera.az

"Annabel Li"- Edqar Po Allanın şeiri/ Tərcümə

📅 14.08.2017 12:22

"Annabel Li"- Edqar Po Allanın şeiri/ Tərcümə

Manera.az Edqar Ponun məşhur "Annabel Li" şeirini təqdim edir.
***

İllər-illər əvvəl idi
Bir dəniz ölkəsində
yaşayan bir qız vardı, biləcəksiniz
Adı Annabel Li.
Sevilməkdən başqa və məni sevməkdən başqa
heç nə düşünməzdi
O da uşaq idi, mən də
O, dəniz ölkəsiydi.
Sevmirdik, aşiq idik
Mən və Annabel Li.
Göylərdən uçan mələklər
qısqanırdı bizi
Bir gün elə buna görə
gözə gəldi
O dəniz ölkəsində
bir buludun rüzgarından üşüdü
Gözəlim Annabel Li.
Götürdülər əl üstündə
qoyub getdilər məni
Məzarı ordadır indi.
O dəniz ölkəsində
Biz mələklərdən də bəxtiyar idik
Onlar qısqanırdı bizi
Bəli! Elə buna görə də
Buludun rüzgarından üşüdü,
getdi Annabel Li.
Sevginin yanında kim olur-olsun
Hətta yaşlılar da
keçə bilməzdilər bizi
Nə göyün yeddi qatındakı mələklər
nə dənizin dibindəki cinlər
Heç biri məni səndən ayıra bilməz
Gözəl Annabel Li.
Ay işıldayar, xəyalın yetişər
O çılğın sahildəki
yattığın yerdə
gecələr uzanıb
Səni gözləyirəm
Gözəlim Annabel Li.

Tərcümə:
Tural İsmayılov
MANERA.AZ


Baxış sayı - 1 873 | Yüklənmə tarixi: 14.08.2017 12:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031