Hamımız ulduz tozuyuq- Taryel Abdullayevin yazısı | MANERA.AZ
Taryel Abdullayev Manera.az üçün yazır...
Böyük Partlayış nəzəriyyəsi kainatın tək və naməlum bir həcmə sahib bir nöqtədən sürətlə genişləyərək indiki vəziyyətə gəldiyini deyir. Nəzəriyyəyə görə; ilk andan etibarən kainat bu tək sıxlıqdan genişləməyə başlamış, genişləmə müddəti içində kainatımız zamanla atom nüvələrinin meydana gələ biləcəyi aşağı sıxlıq və temperatura çatmışdır.
Kainatda ilk ortaya çıxan atomların yüzdə yetmiş beşi hidrogen, qalan yüzdə iyirmi beşi helium və az miqdarda litiumdur. Bunlar indiki vaxtda da kainatın böyük qisimini meydana gətirən ən yüngül elementlərdir.
Nəzəriyyə ilk yaranan qalaktikaların təşkil olunduğu ulduzların ağır elementləri (yəni hidrogen və helium xaric) ehtiva etmədiyini, bu gün bildiyimiz bütün elementlərin bu ulduzlar sayəsində meydana gəlib kainata səpələndiyini izah edir. Yəni ilk ulduzlar, kainatda istifadə edilən yeganə atomlar olan hidrogen və heliumdan ibarətdir, başqa ağır elementlərdən təşkil olunmayıb. Bu eyni kainatda ilk ulduzların bir-birinin ardınca meydana gəlib yox olduğu zamanlarda dünya, Venera və ya Mars bənzəri yer planetlərinin olmadığı mənasını verir, çünki bunları meydana gətirəcək elementlər hələ ortaya çıxmamışdı. Əgər bu dövrdə primitiv ulduzlarımızın ətrafında planetlər var idisə belə, bunlar qaz nəhənglərindən ibarət olmalıdır.
Bədənimizdəki hər atom, aldığımız hər nəfəs, üzərinə basdığımız torpaq, 13 milyard il əvvəl formalaşmlş primitiv ulduzlardan bir parça daşıyır.
Bu gün istər dünya, istərsə də kainatın hər küncündə gördüyümüz digər bütün elementlərin bəziləri (karbon, oksigen, berilyum, azot, dəmir və s.) milyardlarla il müddət ərzində primitiv nəhəng ulduzların daxilində, dəmirdən daha ağır olanları isə (sink, nikel, qızıl, gümüş, civə və s.) supernovalar yaradaraq partlamaqları əsnasında meydana gəliblər.
Aradan keçən milyardlarla il ərzində bu ilk (və çox böyük kütləli) ulduzlar partlayaraq nüvələrində formalaşan ağır elementləri kosmos boşluğuna səpdi. Sonrakı nəsil ulduzlar, bu ağır elementləri də ehtiva etdiyi üçün daha kiçik və həyatı dəstəkləyəcək planetlərə ev sahibliyi edə bilən ulduzlar kimi formalaşdı. Bu ulduzların kosmosa səpdiyi ağır elementlər olmasaydı, Günəş və ya daha kiçik (qırmızı və narıncı cücələr kimi) uzun ömürlü ulduzların meydana gəlməsi mümkün olmayacaqdı. Buna görə də, kainatın ilk dövrlərində yalnız hidrogen və heliumdan ibarət nəhəng primitiv ulduzların meydana gətirdiyi supernova partlayışları bugünkü bildiyimiz kainat üçün həyati əhəmiyyət daşıyırdı.
MANERA.AZ